Mobil versiya
Manaf Manafov: "Çin-Azərbaycan əlaqələri və Strateji tərəfdaşlığın yüksələn trayektoriya ilə inkişaf edir"
Tarix: 22-04-2025 | Saat: 15:57
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Manaf Manafov: "Çin-Azərbaycan əlaqələri və Strateji tərəfdaşlığın yüksələn trayektoriya ilə inkişaf edir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu "Sinxua" dövlət xəbər agentliyinə verdiyi son müsahibə, Bakı ilə Pekin arasında yüksələn strateji tərəfdaşlığın mahiyyətini və əhəmiyyətini bir daha təsdiqlədi. Bu müsahibə, yalnız diplomatik ritorika ilə məhdudlaşmır, həm də iki ölkə arasında möhkəmlənən iqtisadi, siyasi və mədəni əlaqələrin gələcək istiqamətlərini müəyyənləşdirir. Azərbaycan-Çin münasibətləri artıq təkcə qarşılıqlı maraqlar üzərində qurulan əməkdaşlıq deyil, həm də beynəlxalq təhlükəsizlik, regional sabitlik və davamlı inkişaf baxımından strateji dəyər daşıyan tərəfdaşlıqdır.

Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Müsahibimiz inu da deyib ki, "Bir kəmər, bir yol" təşəbbüsündə Azərbaycanın rolu olduqca böyükdür. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Çin tərəfindən irəli sürülən və artıq qlobal miqyasda strateji nəqliyyat və logistika layihəsinə çevrilmiş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Prezidentin sözləri ilə desək: “Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdəndir və biz öz infrastrukturumuzu bu istiqamətdə uyğunlaşdırmışıq”. Azərbaycanın bu təşəbbüsdə oynadığı rol, onun unikal geostrateji mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə sıx bağlıdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu infrastrukturlar Çindən Avropaya uzanan ticarət yollarının mühüm bir hissəsini təşkil edir. İqtisadi əməkdaşlığın yüksəlişi təbii ki, nəzərdə tutulan işlərin dəqiqliklə icrasından keçir. Azərbaycan-Çin iqtisadi əlaqələri son illərdə artıq nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Bu gün Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dollarını keçmişdir Bu rəqəmlər qarşılıqlı investisiya və texnoloji əməkdaşlığın da dərinləşməsi ilə müşayiət olunur. Çin şirkətləri Azərbaycanda müxtəlif sektorlarda — energetika, kənd təsərrüfatı, telekommunikasiya və bərpa olunan enerji sahələrində fəal iştirak edirlər. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdir: “Çin şirkətləri Azərbaycanın infrastruktur layihələrində mühüm rol oynayır və biz onları strateji investor kimi qəbul edirik.” Cənab İlham Əliyev müsahibəsində onu da deyib ki, “Hesab edirəm bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır. Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir. Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, biz bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdik ki, bu da konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi”. Əlaqələrin inkişafında siyasi və diplomatik koordinasiyanın güclənməsi də mühüm şərtdir. Azərbaycan və Çin arasındakı siyasi münasibətlər qarşılıqlı etimad və prinsipiallıq üzərində qurulub. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan “vahid Çin” prinsipini dəstəkləyir və Tayvanın, Honkonqun və digər məsələlərin Çin Xalq Respublikasının daxili işi olduğunu daim bəyan etmişdir.” Bu mövqe, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və çoxtərəfli əməkdaşlıqda tərəfdaşlarının suverenliyinə hörmət prinsipini ön planda tutduğunu nümayiş etdirir. Eyni zamanda, Çin də Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllini təqdir edir. Bu gün mədəni əlaqələr və təhsil əməkdaşlığı da yüksələn dinamika üzrə hərəkət edir. İkitərəfli münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Çin və Azərbaycan arasında mədəni əlaqələr və təhsil əməkdaşlığı da durmadan inkişaf edir. Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutu, Çin dili və mədəniyyətinin tədrisində mühüm rol oynayır. Eyni zamanda, Çin universitetlərində azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Xalqlar arasında münasibətlərin möhkəmlənməsi, diplomatik və iqtisadi əlaqələrin uzunmüddətli və dayanıqlı olmasının əsas şərtidir.” Bu baxımdan, mədəni diplomatiya iki ölkə arasında dərin təməl yaradır. Prezident İlham Əliyevin “Sinxua” agentliyinə verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf xəritəsini təsvir edən strateji bir sənəd xarakteri daşıyır. Bu münasibətlər sadəcə bir-birini tamamlayan iqtisadi maraqlara deyil, həm də ortaq dəyərlərə və beynəlxalq təhlükəsizliyə dair vizionlara əsaslanır. Azərbaycan üçün Çin nəinki mühüm ticarət tərəfdaşı, həm də qlobal siyasətdə etibarlı strateji müttəfiqdir. Bu əlaqələrin inkişafı, Azərbaycanın dünya iqtisadi sistemindəki mövqeyini daha da gücləndirəcək və regionda sülhün və sabitliyin qorunmasına töhfə verəcək-deyə M.Manafov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025