Söz adamı haqqında söz - Bayram Məmmədov yazır
Tarix: 07-03-2025 | Saat: 21:02
Bölmə:Ölkə / Yazar2 | çapa göndər

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Söz başlanğıcdır...
Başlanğıcı söz olan dünyada söz adamı haqqında söz demək həm sədaqətdir (sözə sədaqət), həm də məsuliyyətdir (sözə məsuliyyət). Sədaqətdə məsuliyyət, məsuliyyətdə sədaqət olanda yazılanlar könüllərə yol tapa bilir, əgər sözün dürüst sözdürsə, əgər dürüst niyyətlə yazıbsansa, oxunacaq. Yadda qalacaq, həm də tarixdə qalacaq. Könüllərə yol tapa bilməyən sözü buz üstə yazılıb Gün altda qoyulmuş yazıya bənzədənlərin sırasında mən də varam. Bu səbəbdən söz adamlarına (şairlərə, nasirlərə, jurnalistlərə) həmişə böyük sayğılarım olub. Və bu sayğını sevgi həddində yaşada-yaşada yaşa dolmuşam, SÖZə sevgi ilə yaşıd olmuşam...
Tanıdığım bir söz adamı, jurnalist - Mikayıl Nərimanoğlu 1965-ci il martın 9-da Zəngilan rayonunda dünyaya gəlib. Uşaqlığından suya mehirli olub - Oxçu çayının sularıyla kəlmələşib, bu çayın hərdən coşan, hərdən çəkilən dalğalarının səs-küyünü yaddaşına köçürə-köçürə aylarını il eləyib. Bakı-Qafan, İrəvan-Qafan qatarları evlərinin qarşısından keçərdi. Hərdən ona elə gələrdi ki, bu qatarlar onun xəyal dünyasından keçib gedir. Ötüb keçən qatarların arxasınca baxar, baxardı. Niyə baxardı, özü də bilmirdi.
Atasının bir təəssüfünü indi də xatırlayır. O illərdə atası Nəriman kişi deyərmiş ki, vallah, burdan keçib-gedən yük qatarlarında ermənilərə silah daşınır. Boşuna daşınmır, belə gedərsə, ermənilər bu silahlarla bir gün üstümüzə gələcəklər. Mən indi bir el kəlamını xatırlayıram: "Deyən qadir deyil, dedizdirən qadirdir". Atasının narahatlığı el-obasına, xalqına, Vətəninə sevginin narahatlığı olub...
Mikayıl belə böyüyüb...
Zəngilan şəhər orta məktəbində təhsil alıb. 1982-ci ildə bitirdiyi məktəbin müəllimlərini ehtiramlarla xatırlayır. Sinif müəllimləri Məhluqə müəllimi, ədəbiyyat müəllimləri Tofiq müəllimi. "Tofiq müəllim bizə ədəbiyyat tariximizi dərsliklərlə öyrətmirdi, həyat gerçəklikləri əsasında öyrədirdi. Tofiq müəllim bizə Hüseyn Cavidi məfkurə şairi kimi, azərbaycançılıq şairi kimi, xalqın könül dünyasının şairi kimi sevdirmişdi. Biz də bilirdik ki, Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü. Böyük şairin nəşi Uzaq Şərqdən gətirilmişdi. Naxçıvanda dəfn ediləndə jurnalist olaraq mən də ora ezam edilmişdim. Onda gördüyüm sevgilərin, Rafael Hüseynovun "Vaxtdan uca" kitabında gördüyüm işığın əvvəlini Zəngilanda orta məktəbdə oxuyanda bizə Tofiq müəllim nişan vermişdi...", - o illəri Mikayıl bir qədər kövrəkliklə, bir qədər qürurla belə xatırlayır.
1982-ci ildə orta məktəbi bitirdi. Jurnalist olmaq istəyirdi. Sənədlərini jurnalistika fakültəsinə götürməmişdilər. O vaxtlarda bu fakültəyə sənəd vermək üçün müəyyən yaradıcılıq şərtləri vardı. Həmin il pedaqoji institutda imtahandan kəsiləndə zərrəcə təəssüflənməmisdi: Jurnalist olmaq istəyinin işığı Mikayılın düşüncələrinin səyyarəsiydi axı...
Bakı Neftayırma zavodunda operator köməkçisi işləməyə başlamışdı...
1983-cü ildə hərbi xidmətə çağırıldı. Buna sevindi. "Tez gedərəm, tez qayıdaram, arzuladığım universitetin tələbəsi olaram" düşüncəsiylə çağırışın səmtinə yol aldı Mikayıl Nəriman oğlu.
Mikayıl hərbi xidmətdə olanda komandirinin məsləhəti ilə Uzaq Sibirdə hüquq fakültəsində oxumaq imkanı yaranır. Özü də bir qədər meyillənir; həmin vaxtlarda bu fakültə bütün cavanların arzuladığı fakültələrdən olub. Əfqanıstanda adı qarşıdurmalar, döyüşlər olan dəhşətli müharibə gedirdi. SSRİ Əfqanıstanda yeni siyasi xəttə malik olmasını arzuladığı yeni dövlət yaratmışdı. Mikayıldan eyni məktəbdə, bir sinif aşağı oxuyan Elnur Həsənov 1985-ci il aprelin 5-də Əfqanıstanda döyüşdə həlak olubmuş. "Sənədləri toplayırdım. Anam biləndə ki, əsgərlikdən sonra Sibirdə qalıb oxumaq istəyirəm, onu "od götürdü". "Sənin oxumağın, orda oxumağın mənə lazım deyil. Qayıt el-obana" - məktubunda belə yazdırmışdı. Fikrimdən daşındım...", - Mikayıl hərbi xidmətinin son aylarını belə xatırlayır. O vaxtlar pedaqoji instituta qəbul oluna bilmədiyinə sevindiyi kimi, anasının etirazını həyat yolunun işığı bilməsinə də sevinib. Onu da xatırlayır ki, dostlarından biri bu hadisəni eşidəndə əlini Mikayılın çiyninə qoyub, gülümsünərək, "Yaxşı ki, orda qalıb hüquqşünas olmayıbsan, yoxsa Azərbaycan jurnalistikasının Mikayıl Nərimanoğlusu olmayacaqdı..." - deyib...
Hərbi xidmətdən tərxis edildikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. 1988-ci ildən böyük mətbuatdadır. "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir, şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi, eyni zamanda 2006-cı ildə Dövlət Proqramına əsasən AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin 2017-ci ilə kimi baş redaktoru olub. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı Azərbaycan, ingilis və rus dillərində operativ fəaliyyət göstərib. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı və internet TV yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında onun da böyük xidmətləri olub. Milli komanda ilə bağlı çəkilən bir neçə televiziya filminin ssenari müəllifidir. 1989-cu ildən SSRİ, Azərbaycan müstəqillik qazandıqdan sonra isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Müharibə veteranıdır. "Zəngilanın süqutu" kitabının müəllifidir. 2015-2017-ci il
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-04-2025