Mobil versiya
Hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur - Vüqar Bayramov
Tarix: 22-04-2025 | Saat: 12:33
Bölmə:Parlament / Karusel | çapa göndər

Hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur -

"Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq Hesablama Palatası tərəfindən həyata keçirilən auditlərin sayının xüsusi dəyişiklik yoxdur".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2022-ci ildə palata tərəfindən 42 audit keçirildiyi halda 2024-cü ildə də eyni zamanda audit aparılıb.

"Halbuki dövlət büdcəsinin xərcləri 2022-ci ildə 32 milyard 64 milyon manat olsa da, 2024-cü ildə bu rəqəm 39 milyard 742 milyon manatadək yüksəlmişdir. Auditlərin əhatə etdiyi fiskal dövriyyədə də xüsusi dəyişiklik baş verməmişdir. Bu baxımdan, palata tərəfindən audit müddətinin,seçim meyarlarının ayrıca da təqdim olunması məqsədəuyğundur".

Deputat qeyd edib ki, 2024-cü ildə 6 səmərəlilik (performance) auditi keçirilib və onların yarısında qənaətlilik meyarından istifadə edilməyib. Söyləyib ki, İNTOSAİ performance auditinə 3Es (economy, efficiency and effectiveness) prinsipi ilə yanaşır və bu baxımdan nə üçün sayı heç də çox olmayan səmərəlilik auditlərin bütün meyarların tətbiq edilməməsi sual doğurur. Səmərəlilik auditin ümumi auditdə payı cəmi 14.3 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faizdir. Səmərlilik auditin sayının az olması nəzarətmexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir:

"İNTOSAİ-ın əsas tövsiyyələrindən biri də İnformasiya texnologiyası auditinin aparılmasıdır. Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur. Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2025