Mobil versiya
Sülhməramlılara görə Xankəndidə seçki məntəqəsi açılacaq
Tarix: 12-02-2024 | Saat: 09:23
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sülhməramlılara görə Xankəndidə seçki məntəqəsi açılacaq

Rusiya prezident seçkisi günü Xankəndidə səyyar seçki məntəqəsi işləyəcək, məsələ Bakı ilə razılaşdırılıb.

aia.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Xankəndidə məntəqə Qarabağda sülhməramlı kontingentin yerləşməsi ilə əlaqədar açılacaq. Onun sözlərinə görə, daha bir səyyar məntəqə Gəncədə təşkil olunacaq, Bakıdakı səfirlikdə isə stasionar seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səfir vurğulayıb ki, Azərbaycan təhlükəsiz ölkə olduğundan diplomatik nümayəndəlikdə xüsusi tədbirlər nəzərdə tutulmur.

Evdokimov qeyd edib ki, səfirlik “həmişəkidən daha çox insanın səs verəcəyinə” hazırdır.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Rusiya Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün - martın 15, 16 və 17-də davam edəcəyinə qərar verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024