Mobil versiya
Bu şəxslər 700 manatadək cərimələnəcək
Tarix: 21-11-2026 | Saat: 11:34
Bölmə:Ölkə | çapa göndər

Bu şəxslər 700 manatadək cərimələnəcək

Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər.

aia.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, hərbi və xüsusi geyim formalarının qanunsuz daşınmasına görə 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. Bu halda inzibati xətanın predmeti olan geyim forması da müsadirə edilir.

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu qaydalara əməl etməlidirlər. Onların hərbi geyimi qanunla nəzərdə tutulmayan hallarda daşımalarına görə 500 manatdan 700 manatadək cərimə tətbiq edilə bilər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026