Mobil versiya
Zelenski: "Putin bizi öldürmək və məhv etmək istəyir"
Tarix: 21-11-2026 | Saat: 11:22
Bölmə:Dünya | çapa göndər

Zelenski: "Putin bizi öldürmək və məhv etmək istəyir"


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın müharibəni 24 saata bitirmək vədi ilə bağlı aralarında keçmiş söhbəti xatırladaraq, Rusiya lideri Vladimir Putinin əsl niyyətinin sülh olmadığını bəyan edib.

aia.az xəbər verir ki, Zelenski bu fikirləri "NBC News"a müsahibəsində səsləndirib. Ukrayna liderinin sözlərinə görə, Tramp ona "Prezident olanda bu müharibəni 24 saata bitirəcəyəm" və ya buna bənzər sözlər deyib, o isə cavabında belə bildirib: "Allah sizə kömək olsun, amma bu çətin olacaq, çünki Putin həmişə müharibəni bitirmək istədiyini nümayiş etdirəcək, lakin əslində o, bizi öldürmək, məhv etmək və ərazilərimizi işğal etmək istəyir".

Qeyd edək ki, bu açıqlamalar Çin səfərindən qayıdan Trampın Putinin müharibəni diplomatik yolla bitirmək istədiyini deməsi və Ağ Evin 2027-ci ilin yanvar ayının əvvəlinədək — ABŞ Konqresində güc balansının dəyişməsinə qədər sülh sazişinə nail olmağa çalışdığı bir vaxtda gündəmə gəlib. Paralel olaraq, Moskva və Kiyev arasında danışıqlar və mümkün kompromis ssenariləri ətrafında beynəlxalq diplomatik mübarizə və cəbhə xəttində qarşılıqlı zərbələr davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026