Mobil versiya
“İran razılaşma istəyir, amma şərtlərimizi qəbul etmir” - Tramp
Tarix: 20-11-2026 | Saat: 23:36
Bölmə:Dünya | çapa göndər

“İran razılaşma istəyir, amma şərtlərimizi qəbul etmir” -


ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini, lakin Amerika tərəfinin şərtlərini qəbul etməyə hazır olmadığını bildirib.

“aia.az” “Fox News”a istinadla xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Onlar razılaşma əldə etmək istəyirlər, lakin mənim üçün məqbul olacaq razılaşmanı qəbul etmək istəmirlər”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

Qeyd edək ki, noyabrın 19-da “The New York Times” qəzeti Trampın İrana qarşı yeni genişmiqyaslı hərbi zərbələr endirmək imkanını nəzərdən keçirdiyini yazıb. Nəşrin məlumatına görə, buna səbəb yeni kəşfiyyat məlumatları və İsrailin çağırışlarıdır.

Xatırladaq ki, noyabrın 7-də Tramp ABŞ-nin İranla danışıqlar apardığını açıqlamışdı. Bundan bir gün əvvəl isə “Reuters” İranın Qətər vasitəsilə ABŞ-yə nüvə proqramı ilə bağlı təklif göndərdiyini bildirmişdi. Məlumata görə, Tehran Vaşinqtonun yeddi şərti yerinə yetirməsindən sonra təşəbbüsü müzakirə etməyə hazır olduğunu bəyan edib. ABŞ tərəfinin həmin təklifi nəzərdən keçirdiyi bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026