Novruzəli Aslanov: “Kəlbəcərin azad olunması Azərbaycanın siyasi iradəsinin və diplomatik qətiyyətinin təntənəsi idi”
Tarix: 21-11-2026 | Saat: 11:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

“1993-cü il aprelin 2-də Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər rayonu işğal edildi. Bu hadisə minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, yaşayış məntəqələrinin dağıdılması, tarixi-mədəni irsin və rayonun zəngin təbii sərvətlərinin talan edilməsi ilə nəticələndi. İşğalçı qüvvələr Kəlbəcərdə də özlərinin əsl mahiyyətini nümayiş etdirərək yaşayış evlərini, sosial obyektləri, mədəniyyət müəssisələrini və digər infrastrukturu məhv etdilər. Bununla kifayətlənməyən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq işğal altında saxladığı ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da, Ermənistan bu sənədin müddəalarını yerinə yetirməkdən imtina etdi. Beynəlxalq ictimaiyyətin uzun illər davam edən ikili standartlara əsaslanan yanaşması münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Belə bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi xalqımızın tarixi Zəfəri ilə başa çatdı. Bu Qələbənin nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uğurlu diplomatik fəaliyyəti və Azərbaycan Ordusunun gücü sayəsində tarixi ədalət bərpa olundu. Prezidentin müvafiq Sərəncamı ilə noyabrın 25-nin Kəlbəcər şəhəri günü kimi təsis edilməsi isə bu əlamətdar hadisənin dövlətçilik tariximizdəki xüsusi yerini bir daha təsdiqləyir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Kəlbəcərin azad olunmasından sonra başlanmış genişmiqyaslı quruculuq prosesi dövlətimizin işğaldan azad edilmiş ərazilərə münasibətdə müəyyənləşdirdiyi strateji inkişaf siyasətinin mühüm istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə həyata keçirilən layihələr rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Dövlət başçısının 2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfəri zamanı Azərbaycan bayrağını ucaltması xalqımızın bu torpaqlara qayıdış əzminin və dövlət suverenliyimizin təntənəsinin rəmzinə çevrildi. Həmin səfərdən sonra Prezidentin Kəlbəcərə mütəmadi səfərləri, infrastruktur layihələrinin gedişi ilə yerində tanış olması və yeni obyektlərin təməllərinin qoyulmasında, açılışlarında iştirakı dövlətin bu bölgənin dirçəldilməsinə verdiyi əhəmiyyətin bariz göstəricisidir. Bu gün burada müasir yol və enerji infrastrukturu yaradılır, yaşayış məntəqələri yenidən qurulur, sosial təyinatlı obyektlər inşa edilir. Kəlbəcərin tarixi şöhrətinin qaytarılması ilə yanaşı, onun zəngin təbii sərvətlərindən və turizm imkanlarından səmərəli istifadə üçün də mühüm addımlar atılır. İstisu mineral sularının istehsal və müalicə-istirahət potensialının yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi, yeni yaşayış komplekslərinin yaradılması bu siyasətin konkret nəticələridir. Artıq doğma yurda qayıdan sakinlərin öz evlərində məskunlaşması isə Böyük Qayıdışın real məzmununu nümayiş etdirir. Əminliklə demək olar ki, Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən abad, müasir və dinamik inkişaf edən bölgələrindən birinə çevriləcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2026