Rusiyadan Azərbaycana buğda axını gücləndi - 77 faizlik artım
Tarix: 21-11-2026 | Saat: 09:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın Rusiyadan buğda idxalına çəkdiyi xərclər sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 77 faiz artıb.
aia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin sentyabrında Azərbaycana Rusiyadan 203,1 min ton buğda gətirilib.
İdxalın ümumi dəyəri 38,84 milyon dollar (66 milyon manat) təşkil edib.
Ötən ilin eyni ayı ilə müqayisədə Rusiyadan buğda idxalının həcmi 61 faiz, dəyəri isə 77 faiz artıb.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ümumilikdə xaricdən 1,04 milyon ton buğda idxal edib. Bunun üçün 224 milyon dollar (380,8 milyon manat) xərclənib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi təxminən 19 faiz, dəyəri isə 18,8 faiz artıb.
Doqquz ay ərzində Rusiyadan 914,97 min ton buğda alınıb. Bunun ümumi dəyəri 194,88 milyon dollar (331,3 milyon manat) olub.
Qazaxıstandan isə 129,86 min ton buğda idxal edilib və buna 29,15 milyon dollar (49,6 milyon manat) xərclənib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2026
20-11-2026