Gülər Sultanzadə: “Ulu Öndər Heydər Əliyev ana dilimizin bugünkü yüksəlişinin əsasını qoyub”
Tarix: 28-07-2023 | Saat: 10:42
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Hər bir xalqın ana dili onun milli simasını əks etdirə əsas amillərdən biri olmaqla, bu xalqın milli sərvətidir. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” Heç şübhəsiz Azərbaycan öz müstəqilliyini ötən əsrin sonlarında ikinci dəfə elan etdikdən sonra, 1992-ci ildə respublikada latın qrafikalı Azərbaycan əlifbasına keçid xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı. Bu mənada sözsüz ki, ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixində imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərmanı son dərəcə önəmli tarixi hadisədir. Lakin hələ bu tarixi hadisəyə qədər ana dilimiz öz orijinallığını, zənginliyini qoruyub saxlamaq, ölkəmizdə dövlət dili statusuna sahiblənmək üçün uzun illər ərzində, o cümlədən 70 il davam edən SSRİ dönəmində bir çox çətinliklərlə sınağa çəkilmişdir. Məlumdur ki, Azərbaycan dili tariximizin müxtəlif dövrlərində rəsmi olaraq dövlət dili elan olunsa və hətta bir müddət bu statusda fəaliyyət göstərsə də, nəticə etibarı ilə dilimizin bu statusu uzun müddət sürməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli lider Heydər Əliyevin bu təşəbbüsü 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.”
Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Daha sonra partiya fəalı ana dilimizin məhz Azərbaycan dili adlandırılmasının da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü olduğunu vurğulayaraq bunları deyib: “Ulu Öndər müstəqillik illərində imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib. Müstəqilliyin ilk illərində ana dilimizin necə adlandırılması məsələsi də ölkə ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilmişdi. Həmin vaxt Ulu Öndər dərin məntiqi, fenomenial yaddaşı və fundamental bilikləri ilə bütün xalqa müraciət edərək belə demişdir: “Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bundan sonra Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirib. Belə ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb. Əlbəttə ki, bu tarixi sənədlərin sırasında 2001-ci il iyunun 18-də içzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman xüsusi önəm kəsb edir. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Həmçinin Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun isə ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktıdır”.
Öz fikirlərini davam etdirən G.Sultanzadə bu gün də Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması istiqamətində müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirildiyini qeyd edib: “Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması məsələsində də Heydər Əliyev siyasi kursuna sadiqlik özünü tam dolğunluğu ilə göstərməkdədir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsinə hər zaman böyük həssaslıqla yanaşan Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.” Bu baxımdan möhtərəm dövlət başçımız tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biridir. Bu sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Təbii ki, bu mövzuda danışarkəm Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirləri də qeyd etmək lazımdır. Çünki dilin inkişafı müasir dünyada elektron informasiya məkanlarında həmin dilin tətbiqi olmadan mümkün deyil. Buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi xüsusunda olduqca önəmli rol oynayır. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşları elektron hökumət portallarında ictimai həyatımızın bütün sahələrini əhatə edən xidmətlərdən rahatlıqla istifadə edə bilirlər”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025