Mobil versiya
Azərbaycanlı aparıcı: "Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki..."
Tarix: 07-10-2017 | Saat: 17:25
Bölmə:Dünya / Karusel | çapa göndər

Azərbaycanlı aparıcı: "Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki..."


ATV-nin tanınmış aparıcısı və "Ailəcanlı" serialında Sevgi obrazını canlandıran Zümrüd Bədəlova hesab edir ki, kişilər həyasız qadınlara heç zaman xəyanət etmir.

aia.az bildirir ki, publika.az-ın "Üç nöqtə" layihəsinin qonağı olan Zümrüd Bədəlova onu narahat edən məqamlara toxunub.

- İndiki ağlım olsaydı...

- Ərə getməzdim.

- Zəmanət verə bilərəm ki...

- Qızımı təhsilli böyüdürəm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Qadınları daha yaxşı iş və maaşla təmin edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Həyasız qadınlara xəyanət edə bilmirlər, çünki qorxurlar.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Səmimi olmalısan.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Çünki qocaldıqlarını hiss edəndə depressiyaya düşürlər.

- Qadına qarşı şiddət...

- Rüsvayçılıqdır.

- Vicdanıma and olsun ki...

- Həyatda bircə dəfə sevmişəm.

- Təəssüf edirəm ki...

- İndi istedadı olanlara layiq olduqları qiyməti vermirlər.

- Vanqa nənə ilə görüşsəydim...

- 10 il sonra həyatımda nə olacağını soruşmaq istəyərdim.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Mənimlə küsülü olmaq onun üçün şərəfdir (Gülür).

- Unuda bilmədiyim sevgilim bilməlidir ki...

- Bir də mənim qarşıma çıxmasın.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- İnsan tək qalanda özünü daha yaxşı başa düşür, həyatın mənasını daha aydın dərk edir, lənət deyil.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Bacardığım qədər o insanlardan uzaq qaçıram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Yəqin ki, belə də olmalı imiş.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Çox müasirləşirik, amma təəssüf ki, savadsızlaşırıq.

- Günahlarım yadıma düşəndə...

- Ağlayıram.

- Qızıma ən çox onu məsləhət görürəm ki...

- Dərslərini yaxşı oxusun və gələcəkdə hansısa dövlət işində çalışsın.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- İnancımı itirməmişəm, lakin lazımsız insanları qaldırıb dağ başına qoyulduğunu görmək məni incidir.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Ürəyimə daha yaxın olsun.

- O zaman riskə gedirəm ki...

- Nəticənin mənim xeyrimə olacağını təxmin edəndə.

- Təsəvvür edə bilmirəm ki...

- Televiziya və kinodan başqa özümü heç bir sahədə təsəvvür edə bilmirəm.

- Yaxşı gündə, pis gündə...

- Yanımda təkcə ailəm var.

- Biz sizə ancaq xoş günlər arzu edirik.

- Çox sağ olun.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024