Mobil versiya
Bakıda hava kəskin dəyişəcək - Güclü külək, yağış və temperatur enişi gəlir
Tarix: 14-11-2026 | Saat: 10:10
Bölmə:Ölkə | çapa göndər

Bakıda hava kəskin dəyişəcək - Güclü külək, yağış və temperatur enişi gəlir

Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.

aia.az xəbər verir ki, meteoroloji məlumatlara əsasən, bu həftəsonu – 14 və 15 noyabr tarixlərində paytaxtda nisbətən mülayim və buludlu hava müşahidə olunacaq. Belə ki, şənbə günü havanın temperaturu gündüz 18-19 dərəcəyədək yüksələcək, gecə isə 8-9 dərəcə isti təşkil edəcək. Bazar günü, noyabrın 15-də də gündüz 17-18 dərəcə isti gözlənilsə də, küləyin sürətinin 16-17 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

Yeni həftənin ilk günündən – noyabrın 16-dan etibarən Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi gözlənilir. Çərşənbə axşamı, noyabrın 17-də də sərin və buludlu hava davam edəcək, havanın temperaturu gündüz 10-11, gecə 8-9 dərəcə olacaq.

Həftənin ortasından etibarən isə paytaxtda hava yenidən mülayimləşməyə başlayacaq. Noyabrın 18-də buludlu və yağıntısız hava şəraitində gündüz 14 dərəcə, gecə 7-9 dərəcə isti qeydə alınacaq. Cümə axşamı və cümə günləri – 19-20 noyabr tarixlərində temperaturun yenidən 16-18 dərəcəyə yüksələcəyi, əsasən buludlu və arabir küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2026