Azər Kərimli: “Regional sülh və yeni nəqliyyat bağlantıları Azərbaycanın strateji mövqeyini gücləndirir”
Tarix: 14-11-2026 | Saat: 10:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların və Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq gündəliyinin beynəlxalq səviyyədə qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənədin diqqətçəkən cəhətlərindən biri Böyük Britaniyanın regionda davamlı sülhün təmin olunmasına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə, həmçinin iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına verdiyi dəstəyin konkret siyasi müddəalarla ifadə edilməsidir. Bu yanaşma Azərbaycanın regional proseslərdə artan rolunun və təşəbbüslərinin əhəmiyyətinin düzgün qiymətləndirildiyini göstərir. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması xüsusi diqqət çəkir. Böyük Britaniya bununla Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini dəstəklədiyini, tərəflər arasında dialoqun davam etdirilməsini vacib hesab etdiyini nümayiş etdirir. Sənəddə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə, o cümlədən suverenlik, müstəqillik və ərazi bütövlüyünə hörmətin təsbit olunması da prinsipial əhəmiyyət daşıyır. Bu müddəalar Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi beynəlxalq hüquq mövqeyi ilə üst-üstə düşür.”
Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında səsləndirib.
Millət vəkili bildirib ki, bəyannamənin digər mühüm istiqaməti regional kommunikasiyaların bərpası və beynəlxalq nəqliyyat marşrutlarının genişləndirilməsidir: “Bəyannamədə Orta Dəhlizin inkişafının dəstəklənməsi, sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat-logistika layihələrinin təşviqi barədə razılaşma Azərbaycanın geoiqtisadi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu kontekstdə TRIPP layihəsi də xüsusi aktuallıq kəsb edir. Azərbaycanın təşəbbüskarı olduğu bu bağlantı gündəliyi regionun nəqliyyat xəritəsinin yenilənməsinə, Şərq-Qərb marşrutu üzrə hərəkətin intensivləşməsinə və iqtisadi qarşılıqlı asılılığın güclənməsinə xidmət edir. Britaniya tərəfinin regional bağlantıların inkişafına və Orta Dəhlizə verdiyi dəstək TRIPP-in yaratdığı imkanlarla da uzlaşır. Beləliklə, nəqliyyat layihələri yalnız iqtisadi təşəbbüs deyil, həm də davamlı sülhün və qarşılıqlı etimadın möhkəmləndirilməsi vasitəsi kimi çıxış edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq tərəfdaşlarla münasibətlərini məhz bu prinsiplər əsasında inkişaf etdirməsinə imkan yaradıb. Azərbaycanın regional təşəbbüsləri artıq yalnız milli maraqların deyil, daha geniş coğrafiyada iqtisadi əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasının vacib amilinə çevrilib. Böyük Britaniya ilə imzalanmış sənəd də bu reallığın mühüm siyasi təsdiqidir. Bəyannamənin əhəmiyyəti onun yalnız mövcud münasibətləri rəsmiləşdirməsində deyil, gələcək regional əməkdaşlıq üçün ortaq baxış formalaşdırmasındadır. Müdafiə və təhlükəsizlik, iqtisadiyyat, investisiya və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi sülh gündəliyini real inkişaf perspektivləri ilə tamamlayır. Bu baxımdan Azərbaycan-Britaniya strateji tərəfdaşlığı regionda sabitliyin möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsinə töhfə verə biləcək mühüm siyasi platformadır” – deyə, Azər Kərimli açıqlamasını sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2026
13-11-2026