Rusiyanın iki vilayətində güclü partlayışlar: Kaluqada yeni açılan nəhəng zavod alova büründü!
Tarix: 14-11-2026 | Saat: 12:42
Bölmə:Dünya | çapa göndər

Rusiyanın Kaluqa və Belqorod vilayətlərində ard-arda güclü partlayış səsləri eşidilib, iri sənaye və anbar obyektlərində şiddətli yanğınlar başlayıb.
aia.az xəbər verir ki, osint-kanalların yaydığı operativ məlumatlara görə, Kaluqa şəhəri yaxınlığında, cəmi dörd gün əvvəl — noyabrın 10-da istismara verilmiş "Kaluqa" Xüsusi İqtisadi Zonasında yerləşən "Klever" müəssisəsi yanır.
Plastik qablar, tullantı konteynerləri və yükdaşımalar üçün yeşiklər istehsal edən zavodda alovun əhatə dairəsi artıq 3 min kvadratmetrə çatıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik rəsmi olaraq açıqlanmır.
Bundan əlavə, Belqorod vilayətinin Valuyki şəhərində də partlayışlar qeydə alınıb. Yerli sosial şəbəkə kanallarında hadisə yerindən çəkildiyi ehtimal olunan videogörüntülər paylaşılıb.
Kadrlarda zədələnmiş binalar və ilkin görünüşə görə anbar tipli obyektlərdən birində başlayan güclü yanğın ocağı aydın şəkildə əks olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2026
13-11-2026