Ana Sayfa > Dünya / Karusel > Azərbaycanlı aparıcı: "Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki..."
Azərbaycanlı aparıcı: "Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki..."7-10-2017, 17:25. Yazar: admin |
ATV-nin tanınmış aparıcısı və "Ailəcanlı" serialında Sevgi obrazını canlandıran Zümrüd Bədəlova hesab edir ki, kişilər həyasız qadınlara heç zaman xəyanət etmir. aia.az bildirir ki, publika.az-ın "Üç nöqtə" layihəsinin qonağı olan Zümrüd Bədəlova onu narahat edən məqamlara toxunub. - İndiki ağlım olsaydı... - Ərə getməzdim. - Zəmanət verə bilərəm ki... - Qızımı təhsilli böyüdürəm. - Dünyanı dəyişmək imkanım olsaydı... - Qadınları daha yaxşı iş və maaşla təmin edərdim. - Kişilər o qadınlara xəyanət etmir ki... - Həyasız qadınlara xəyanət edə bilmirlər, çünki qorxurlar. - Seviləsi qadın olmağın ilkin şərti... - Səmimi olmalısan. - Qadınlar yaşını ona görə gizlədir ki... - Çünki qocaldıqlarını hiss edəndə depressiyaya düşürlər. - Qadına qarşı şiddət... - Rüsvayçılıqdır. - Vicdanıma and olsun ki... - Həyatda bircə dəfə sevmişəm. - Təəssüf edirəm ki... - İndi istedadı olanlara layiq olduqları qiyməti vermirlər. - Vanqa nənə ilə görüşsəydim... - 10 il sonra həyatımda nə olacağını soruşmaq istəyərdim. - Küsülü olduğum insana demək istəyirəm ki... - Mənimlə küsülü olmaq onun üçün şərəfdir (Gülür). - Unuda bilmədiyim sevgilim bilməlidir ki... - Bir də mənim qarşıma çıxmasın. - Tənhalıq insan üçün lənətdir, yoxsa... - İnsan tək qalanda özünü daha yaxşı başa düşür, həyatın mənasını daha aydın dərk edir, lənət deyil. - Kiminsə yalan danışdığını hiss edəndə... - Bacardığım qədər o insanlardan uzaq qaçıram. - Allah insanları ona görə qeyri-bərabər yaradıb ki... - Yəqin ki, belə də olmalı imiş. - Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə... - Çox müasirləşirik, amma təəssüf ki, savadsızlaşırıq. - Günahlarım yadıma düşəndə... - Ağlayıram. - Qızıma ən çox onu məsləhət görürəm ki... - Dərslərini yaxşı oxusun və gələcəkdə hansısa dövlət işində çalışsın. - İlahi ədalətə inancımı o zaman itirdim ki... - İnancımı itirməmişəm, lakin lazımsız insanları qaldırıb dağ başına qoyulduğunu görmək məni incidir. - Heç vaxt heç kimə icazə vermirəm ki... - Ürəyimə daha yaxın olsun. - O zaman riskə gedirəm ki... - Nəticənin mənim xeyrimə olacağını təxmin edəndə. - Təsəvvür edə bilmirəm ki... - Televiziya və kinodan başqa özümü heç bir sahədə təsəvvür edə bilmirəm. - Yaxşı gündə, pis gündə... - Yanımda təkcə ailəm var. - Biz sizə ancaq xoş günlər arzu edirik. - Çox sağ olun. aia.az Geri dön |