"İranla münaqişə yaxın aylarda tamamilə yeni mərhələyə keçəcək" - Vens
Tarix: 16-09-2026 | Saat: 09:03
Bölmə:Şou-biznes | çapa göndər

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens ABŞ ilə İran arasında münaqişənin yaxın aylarda tamamilə yeni mərhələyə keçəcəyini bildirib.
aia.az xəbər verir ki, Vens bu barədə “New York Post” qəzetinə müsahibəsində deyib.
Qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın münaqişənin bir neçə ay ərzində “tamamilə fərqli bir mərhələyə” keçəcəyi ilə bağlı fikri ilə razıdır.
Onun sözlərinə görə, ABŞ artıq İranın nüvə proqramının və İslam Respublikasının silahlı qüvvələrinin məhv edilməsini nəzərdə tutan münaqişənin birinci mərhələsini başa çatdırıb.
Qeyd edək ki, ötən həftə Donald Tramp ABŞ ilə İran arasındakı münaqişənin noyabr ayında keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bildirib. O, həmçinin seçkilərdən əvvəl razılaşmanın əldə olunmasının mümkünlüyünü də istisna etməyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026
15-09-2026