Pakistan: Əməliyyatlarda Əfqanıstan tərəfində 481 nəfər həlak olub
Tarix: 04-03-2026 | Saat: 21:09
Bölmə:Özəl | çapa göndər

Pakistan bildirib ki, Əfqanıstana qarşı qarşılıqlı hücumlarla müşayiət olunan əməliyyatlar zamanı Kabul tərəfində ümumilikdə 481 nəfər həlak olub, 696-dan çox insan yaralanıb.Pakistanın informasiya naziri Attaullah Tarar ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada əməliyyatlarda Əfqanıstan tərəfində ümumilikdə 481 nəfərin öldüyünü, 696-dan çox insanın yaralandığını bildirib.
Tarar Kabil tərəfində 226 nəzarət məntəqəsinin və 198 tankın, zirehli texnikanın və artilleriya qurğusunun məhv edildiyini, Əfqanıstanda isə 35 nəzarət məntəqəsinin ələ keçirildiyini bildirib.
Pakistan İnformasiya Nazirliyi 22 fevralda ölkədə baş verən son bomba hücumlarından sonra Əfqanıstanla sərhəd boyunca "terror düşərgələri" adlandırdığı yeddi yeri hədəf aldığını açıqladı.
Əfqanıstan Müdafiə Nazirliyi Pakistana uyğun vaxtda "müvafiq və ölçülü cavab" verəcəyini bildirdi.
Pakistanın Daxili İşlər üzrə Dövlət Naziri Talal Çaudri "Əfqanıstan sərhədi boyunca hücumlarda təxminən 70 terrorçunun zərərsizləşdirildiyini" açıqladı.
Əfqanıstan hökuməti Pakistanın "terror düşərgələri" adlandırdığı yeddi yeri hədəf almasından sonra Xarici İşlər Nazirliyinə çağırılan Pakistanın Kabildəki səfirinə etiraz notası təqdim etdi.
Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrət də Pakistanla qarşılıqlı hücumlarda 52 nəfərin həyatını itirdiyini və 66 nəfərin yaralandığını açıqladı.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026