Mobil versiya
İran ordusu Omana hücum etdiyinə dair iddiaları təkzib edib
Tarix: 03-03-2026 | Saat: 20:38
Bölmə:Özəl | çapa göndər

İran ordusu Omana hücum etdiyinə dair iddiaları təkzib edib

İran Baş Qərargahı Oman ərazisinə hücum etdiyinə dair iddiaları təkzib edib.İran Baş Qərargahı yazılı açıqlamasında silahlı qüvvələrinin dost və qonşu ölkə Omanın ərazisinə və ya limanlarına heç bir hərbi hücum etmədiyini bildirib.
ABŞ-İsrail hücumlarına cavab olaraq, İran bölgədəki ABŞ bazalarını və hədəflərini, eləcə də İsraili hədəf almağa başladı. İran ordusu da Səudiyyə Ərəbistanının Ras Tenura neft təsisatına edilən hücumda iştirakını təkzib etdi.

İran mediası həmçinin Səudiyyə Ərəbistanının neft emalı zavoduna edilən hücumun İran tərəfindən deyil, İsrail tərəfindən həyata keçirildiyini bildirdi.

Amerikalı jurnalist Taker Karlson da Səudiyyə Ərəbistanı və Qətərdə bombalı hücumlar planlaşdıran Mossad agentlərinin ələ keçirildiyini iddia etdi.
Səhər tezdən Omanın Dukm Ticarət Limanına pilotsuz təyyarə hücumu edilib və yanacaq anbarlarından birinə ziyan dəyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026