Ana Sayfa > Özəl > Azərbaycanın internet sürəti üzrə dünya reytinqində mövqeyi dəyişdi
Azərbaycanın internet sürəti üzrə dünya reytinqində mövqeyi dəyişdiBu gün, 20:15. Yazar: vasif |
![]() Azərbaycan 2026-cı ilin oktyabr ayında sabit və mobil internetin sürətinə görə dünya reytinqində iki pillə geriləyib. “Speedtest Global Index”in məlumatına əsasən, Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 150 ölkə arasında 83-cü yerdə qərarlaşıb. Ölkədə sabit internetin median yükləmə sürəti 93,51 Mbit/s, məlumatların ötürülmə sürəti isə 93,98 Mbit/s təşkil edib. Mobil internetin sürətinə görə Azərbaycan 100 ölkə arasında 49-cu yeri tutub. Bu kateqoriyada yükləmə sürəti 96,17 Mbit/s, ötürülmə sürəti isə 23,28 Mbit/s olub. Bakı şəhəri sabit internetin 92,78 Mbit/s yükləmə sürəti ilə dünyanın 192 şəhəri arasında 112-ci pillədə qərarlaşıb. Paytaxt əvvəlki ayla müqayisədə iki pillə irəliləyib. Mobil internet göstəricilərinə görə isə Bakı 115,12 Mbit/s yükləmə sürəti ilə 149 şəhər arasında 88-ci yeri tutaraq üç pillə geriləyib. Açıqlanan göstəricilərə əsasən, Bakıda mobil internetin yükləmə sürəti sabit internetdən daha yüksəkdir. Geri dön |