Mobil versiya
Tramp İsraili "Suriya ilə güclü və səmimi dialoq aparmağa" çağırıb
Tarix: 01-12-2025 | Saat: 21:30
Bölmə:Özəl | çapa göndər

Tramp İsraili "Suriya ilə güclü və səmimi dialoq aparmağa" çağırıb

ABŞ prezidenti Donald Tramp Suriya administrasiyasının "həqiqi və çiçəklənən bir ölkə qurmaq" üçün atdığı addımları dəstəklədiklərini vurğulayaraq, İsraili "Suriya ilə güclü və həqiqi dialoq aparmağa" çağırdı.
ABŞ prezidenti Tramp özünün Truth Social hesabında paylaşım edərək Suriyaya və yeni administrasiyaya dəstəyini bir daha təkrarladı.

Tramp Suriyanın irəliləyişindən və fəaliyyətindən məmnunluğunu qeyd edərək dedi: "Suriya hökumətinin əsl və çiçəklənən bir ölkə qurmaq üçün vacib addımlar atmağa davam etməsini təmin etmək üçün əlimizdən gələni edirik".
Tramp Suriyaya qarşı sanksiyaların ləğvinin ölkənin inkişafı istiqamətində əhəmiyyətli bir addım olduğunu qeyd edərək, bunun Suriya xalqı tərəfindən təqdir olunduğuna inandığını bildirib.

Müraciətində İsrailə müraciət edən Tramp bildirib ki, "İsrailin Suriya ilə güclü və səmimi dialoq aparması və Suriyanın çiçəklənən bir dövlətə çevrilməsinə heç nə mane olmamalıdır".

Suriya prezidenti Əhməd Şaraanın "Suriya ilə İsrail arasında uzunmüddətli və çiçəklənən münasibətləri təmin etmək" və "ölkəsində yaxşı işlər görmək" üçün çalışdığını vurğulayan Tramp Suriyadakı vəziyyəti "Yaxın Şərqdə sülh üçün tarixi bir fürsət" kimi xarakterizə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025