SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili” mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 01-12-2025 | Saat: 12:11
Bölmə:Manşet / Ölkə | çapa göndər

SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili” mövzusunda tədbir keçirilib.
aia.az xəbər verir ki, ilk öncə QHT nümayəndələri “Heydər Əliyev və neft strategiyası” və “Azərbaycan nefti” sərgiləri ilə tanış olublar.
SOCAR-ın Sosial məsuliyyət Departamentinin Tərəfdaşlarla iş şöbəsinin rəisi Teymur Süleymanzadə 2025-ci il ərzində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi üçün SOCAR tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.
SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəis müavini Mahal Mehdiyev qurumda işə qəbul prosesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə, həmçinin SOCAR-ın Uyğunluq Departamentinin Biznes etikası və antikorrupsiya şöbəsinin böyük hüquq məsləhətçisi Lalə Babayeva SOCAR-da daxili nəzarət mexanizmləri, o cümlədən pozuntular haqqında məlumatlandırma kanalları və işçilərin bu sahədə maarifləndirilməsi üçün keçirilən təlimlərlə bağlı təqdimatla çıxış edib.
Daha sonra QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə fotosu çəkdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-12-2025