Mobil versiya
Aİ-95 markalı benzinin idxalı 88%-dən çox artıb
Tarix: 01-12-2025 | Saat: 16:44
Bölmə:İqtisadiyyat | çapa göndər

Aİ-95 markalı benzinin idxalı 88%-dən çox artıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 89 milyon 731 min ABŞ dolları dəyərində 105 min 308.9 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.

aia.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 88.8% və ya 49.5 min ton, dəyər ifadəsində isə 66.9% və ya 36.9 milyon ABŞ dolları artıb.

Hesabat dövründə ölkəyə Aİ-95 markalı avtomobil benzini Rusiyadan ( 69.4 min ton), Belarusdan ( 12 min ton), Rumıniyadan ( 11.7 min ton), Birləşmiş Ərəb Əmirliklərindən ( 9.3 min ton), Gürcüstandan ( 1.5 min ton) və Bolqarıstandan (1.4 min ton) idxal edilib.

Eyni zamanda bu dövrdə ölkəyə 2 milyon 178 min ABŞ dolları dəyərində 1777 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1081 min ton avtomobil benzini istehsal edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025