1 dekabr – Laçın rayonunun işğaldan azad olunması münasibətilə tədbirlər keçirilib -Fotolar
Tarix: 01-12-2025 | Saat: 17:39
Bölmə:Özəl | çapa göndər

aia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təsdiq edilmiş tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatlarında 1 dekabr – Laçın rayonunun işğaldan azad olunması münasibətilə tədbirlər təşkil olunub. Tədbirlərdə çıxış edənlər dövlətimizin apardığı uğurlu siyasət nəticəsində Laçının 2020-ci il dekabrın 1-də işğaldan azad edilməsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, Laçının azadlığı həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan ölkəmizin möhkəm iradəsinin, xalq–ordu birliyinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin nəticəsidir. Sonda tədbir iştirakçıları Laçının azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu tarixi günün hər il böyük qürur və fərəhlə qeyd ediləcəyini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-12-2025