“Veysəloğlu”nun nümayəndəsi UNEC-də keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxış edib -Foto
Tarix: 01-12-2025 | Saat: 21:36
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri” mövzusunda, Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaş və sponsor kimi çıxış etdiyi beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans çərçivəsində “Elmi tədqiqat nəticələrinin, innovasiyaların və yeni texnologiyaların sənayeyə inteqrasiyasında mövcud real maneələr və onların həlli yolları” mövzusunda panel müzakirəsi baş tutub. Paneldə Veysəloğlu Şirkətlər Qrupunu təmsil edən, Qrup CEO-nun Qida təhlükəsizliyi, Texniki tənzimləmə və Keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə çıxış edərək, elmi yeniliklərin sənaye mühitinə effektiv transferində qarşılaşılan çətinlikləri və praktiki həll mexanizmlərini diqqətə çatdırıb.
Çıxış zamanı o, sənaye müəssisələrinin innovasiya tətbiqində üzləşdiyi əsas problemləri — tədqiqat nəticələrinin praktikaya uyğunlaşdırılması, texnoloji adaptasiya boşluqları, normativ tələblərlə sinxronluq, təchizat zəncirində standartlaşma və bazardan gələn real gözləntilər kimi məsələləri vurğulayıb.
Şəhla Yusifzadə qeyd edib ki, qida sənayesində innovasiyaların tətbiqi üçün elmi qurumlar, tənzimləyici orqanlar və özəl sektor arasında daha sistemli əməkdaşlıq qurulmalıdır. O bildirib ki, elmi nəticənin sənaye üçün real dəyərə çevrilməsi yalnız laboratoriya səviyyəsində deyil, istehsal, logistika, keyfiyyət və təhlükəsizlik, maliyyələşmə və insan kapitalı ilə birgə dəyərləndirildikdə mümkün olur.
Paneldə həmçinin innovasiya transferində sürəti artırmaq üçün beynəlxalq təcrübənin tətbiqi, pilot test meydançalarının yaradılması, startap–sənaye əməkdaşlığının gücləndirilməsi və standartların harmonizasiyası kimi hədəflər müzakirə edilib.
Sonda Şəhla Yusifzadə vurğulayıb ki, Veysəloğlu Şirkətlər Qrupu olaraq innovasiya yönümlü inkişaf və qida sənayesində təhlükəsiz, dayanıqlı texnoloji həllərin tətbiqi şirkətin prioritet istiqamətlərindəndir.
Panel müzakirəsi zamanı auditoriyanı maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-12-2025