Papa XIV Leo Beyrutda müsəlman və xristian icmalarının nümayəndələri ilə görüşdü
Tarix: 01-12-2025 | Saat: 21:28
Bölmə:Özəl | çapa göndər

Vatikan Prezidenti Papa XIV Leo Livana səfəri çərçivəsində paytaxt Beyrutda müsəlman və xristian icmalarının liderləri ilə görüşərək sülhün və birgəyaşayışın vacibliyini vurğulayıb.
Livana səfərinin ikinci günündə Papa XIV Leo Beyrutun mərkəzində qurulmuş platformada ölkədəki müxtəlif dini qrupların nümayəndələri ilə görüşdü.Proqram Müqəddəs Kitabdan parçalar və Quran ayələrinin oxunması ilə başladı.
Proqramdakı çıxışında Livan müftisi Şeyx Əbdüllətif Deryan Papanın səfərindən məmnunluğunu ifadə edərək, Livanın "sülh və mesaj diyarı" kimi dünyada etimadın və sülhün yayılmasına töhfə verdiyini vurğuladı.
Proqramın sonunda çıxış edən Papa XIV Leo onu qarşılayan izdihamla görüşməkdən məmnun olduğunu bildirdi.
Livan xalqının "birlik, barışıq və sülhün mümkün olduğunu" nümayiş etdirdiyini vurğulayan Papa, Livandakı xristianların, müsəlmanların, druzların və digər icmaların qarşılıqlı hörmətlə birlikdə yaşayaraq ortaq bir vətən qura biləcəyini vurğuladı.
Papa qeyd etdi ki, sülhün, ədalətin, barışığın, əsl dialoqun və səmimi əməkdaşlığın təməli sevgiyə əsaslanır.
Livanın sidr ağacı ilə olduğu kimi zeytun ağacı ilə də sıx bağlı olduğunu qeyd edən Papa, zeytunun xristianlıqda, yəhudilikdə və İslamda "sülh və barışıq" simvolu olduğunu bildirdi.
Papa həmçinin sülhü simvolizə etmək üçün bir zeytun fidanı əkdi.
Oradan Papa XIV Leo Beyrutun şimalındakı Bikerki bölgəsinə səyahət etdi və Maronit Patriarxlığında gənclərlə görüşdü.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-12-2025