Gürcüstan hakimiyyəti qeyri-leqalları öz üzərinə götürü
Tarix: 22-05-2025 | Saat: 23:39
Bölmə:Özəl | çapa göndər

Son iki həftə ərzində Gürcüstan hakimiyyəti ölkədə qeyri-qanuni olan 25 əcnəbi vətəndaşı ölkədən çıxarıb.
Gürcüstan Daxili İşlər Nazirliyi mayın 22-də deportasiya edilən əcnəbilərin ən böyük qrupunu - 15 nəfəri açıqlayıb.
İstintaq müəyyən edib ki, əcnəbilər sığınacaq verilməsi prosedurunda nəzərdə tutulmuş müddətlərdən sui-istifadə edərək, qanuni əsas olmadan illərlə ölkədə qalıblar.
Həmçinin saxlanılan şəxslər ölkədən könüllü getməyi nəzərdə tutan ölkədən çıxarılma qərarı ilə müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər və sonradan mənşə ölkələrinə qayıtmaq üçün hazırda Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər.
Deportasiya edilənlər arasında Türkiyə, Nigeriya, Türkmənistan, Misir, Çin, Hindistan, İordaniya, Rumıniya, Banqladeş, Livan, İran və Rusiya vətəndaşları olub.
Gürcüstan qanunvericiliyinə əsasən, əcnəbilər ölkədə qeyri-qanuni olduqda, ölkədə qalmaları Gürcüstanda dövlət təhlükəsizliyinə və/və ya ictimai asayişə zidd olduqda, habelə Gürcüstan qanunvericiliyinin sistematik şəkildə pozulması və ya cinayət törətdikdə Gürcüstandan çıxarıla bilər.
Gürcüstandan çıxarılan əcnəbilərin 2 ildən 5 ilədək Gürcüstana girişi qadağandır. Gürcüstana giriş qadağasının müddəti əcnəbilərin Gürcüstandan çıxarılması barədə qərar qəbul edən orqan tərəfindən müəyyən edilir.
Gürcüstana giriş qadağası Gürcüstanı könüllü tərk edən əcnəbilərə şamil edilmir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025