Mobil versiya
Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib. -Fotolar
Tarix: 22-05-2025 | Saat: 17:30
Bölmə:Ölkə | çapa göndər

Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

Nəsimi rayon İcra Hakimiyyətində yaz-yay mövsümü, ərazinin sanitar vəziyyəti, şəhərsalma fəaliyyəti sahəsində görülən işlər, qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının, küçə ticarətinin qarşısının alınması ilə bağlı İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Mənzil Kommunal İstismarı Sahələrinin, Rayon Bələdiyyəsinin rəhbərləri iştirak etmişlər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edərək, yaz-yay mövsümü ilə əlaqədar rayonun normal sanitar vəziyyətinin təmin olunması istiqamətində işlərin davam etdirilməsinin, şəhərsalma sahəsində verilmiş tapşırıqların icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən ərazilərdə qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunması, küçə ticarəti hallarının qarşısının alınması istiqamətində lazımi nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edərək sahə inzibati ərazi dairələri üzrə işçi qruplarının yaradılmasının zəruriliyini bildirdi.

RİH başçısının birinci müavini Gülarə Verdiyeva yaşıllıqların mühafizəsi istiqamətində rayon ərazisində davamlı işlərin aparıldığını, sakinlər arasında maarifləndirmə işlərinin aparılmasının zəruriliyini, yaranan nöqsanların operativ olaraq aradan qaldırılması üçün işçi qruplarının yaradılmasının məqsədəuyğunluğunu qeyd etdi.
RİH başçısının müavini Ramiz Quliyev rayon ərazisində qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumların əməkdaşları ilə birgə mütəmadi monitorinqlərin aparıldığını, monitorinqlər zamanı aşkar olunan çatışmamazlıqların aradan qaldırılmasının zəruriliyini vurğuladı.

Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov, Bələdiyyənin sədri Əziz Zeynalov və digər məsul şəxslər çıxış edərək işçi qruplarının yaradılmasının məqsəduyğunluğunu Müşavirədə rayon ərazisində görüləcək işlər bir daha müəyyənləşdirilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025