Mobil versiya
Azərbaycanda blogerlərlə bağlı qanun QÜVVƏYƏ MİNDİ - Nələr dəyişəcək...
Tarix: 22-05-2025 | Saat: 21:52
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda blogerlərlə bağlı qanun QÜVVƏYƏ MİNDİ - Nələr dəyişəcək...

Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Reklam haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib.

aia.az-ın məlumatına görə, dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər.

Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır.

Rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında qanuna edilən dəyişikliklə bağlı paylaşım edib.

O bildirib ki, bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir:

“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025