Svanetidəki Uşba dağında gürcü alpinist həlak olub
Tarix: 22-05-2025 | Saat: 22:30
Bölmə:Özəl | çapa göndər

Alpinist Nikoloz Paliani Svanetidəki Uşba dağına ekspedisiya zamanı həlak olub, məlumatı Fövqəladə Halların İdarəetmə Xidməti təsdiqləyib.
Hadisə mayın 22-də baş verib.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Uşba dağında dörd nəfər hərəkət edirmiş, onlardan biri hündürlükdən yıxılıb. Axtarış-xilasetmə əməliyyatında sərhəd polisinin helikopteri iştirak edib.
"3,6 min metr hündürlükdə aparılan xilasetmə əməliyyatı zamanı yanğınsöndürənlər və xilasedicilər 3 nəfəri helikopterlə təhlükəsiz şəkildə təxliyə edib və mərhumun cəsədini aşkar ediblər", - məlumatda deyilir.
Mərhumun cənazəsi Mestiaya aparılıb. Nikoloz Palianinin 29 yaşı var idi.
Uşba Svanetinin ən məşhur dağıdır və yəqin ki, bütün Qafqazın ən məşhur dağlarından biridir. O, ən hündürdən (4690 metr) uzaqdır, lakin bir qədər uclu forması və dırmaşmağın çətinliyi ilə seçilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025