Mobil versiya
Orban yeni sanksiyalarının hazırlanmasını “absurd siyasət” adlandırıb
Tarix: 22-05-2025 | Saat: 21:42
Bölmə:Özəl | çapa göndər

Orban  yeni sanksiyalarının hazırlanmasını “absurd siyasət” adlandırıb

Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyinin Rusiyaya qarşı enerji sanksiyalarını sərtləşdirmə planını “absurd siyasət” adlandırıb. O, həmçinin bəyan edib ki, Budapeşt Brüsselin açıq-aşkar Kiyevin təhriki ilə atılan bu addımlarını dəstəkləməyəcək.
Orban bu qənaətə AB xarici işlər nazirlərinin mayın 21-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin hazırlanmasının müzakirə olunduğu toplantıdan sonra gəldiyini bildirib. Macarıstanın xarici işlər naziri Peter Szijarto Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün Budapeştdə olduğu üçün görüşə qatılmayıb."Ukraynadan enerji təhdidi artıb. Dünən Avropa ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşüblər və onlar növbəti sanksiyalar paketini müzakirə ediblər. Göründüyü kimi, Brüssel bürokratları absurd enerji siyasətinə keçiblər", - hökumət başçısı Facebook-da (Rusiyada qadağan olunub, Meta korporasiyasına məxsusdur, Rusiyada ixracatçı kimi tanınıb) yazıb.

O qeyd edib ki, Macarıstanda “enerji siyasəti enerjinin ucuz, əlçatan və etibarlı olmasına yönəlib”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025