Mobil versiya
Sahil Babayev bəzi şöbələri ləğv etdi - YENİLƏNİB
Tarix: 22-05-2025 | Saat: 17:06
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sahil Babayev bəzi şöbələri ləğv etdi -

Azərbaycan Maliyyə Nazirliyi yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və onlara münasibətdə optimal idarəetmə modelinin tətbiqi məqsədilə rayon (şəhər) maliyyə idarələri və şöbələrini ləğv edib.

aia.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onların bazasında ölkənin yeni iqtisadi rayon bölgüsünə uyğun şəkildə regional maliyyə idarələri formalaşdırılıb və bu idarələrin strukturu təsdiqlənib.

Yeni struktur çərçivəsində Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

***10:38

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

aia.az Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025