Novruzəli Aslanov: “Azərbaycan-Vyetnam münasibətlərində strateji hədəflər müəyyən edilib”
Tarix: 09-05-2025 | Saat: 11:19
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir, ölkəmizlə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında münasibətlərini qurmaq və inkişaf etdirmək istəyən dövlətlərin sayı durmadan artır. Xüsusilə ölkəmizin Şərq-Qərb qlobal bağlantılarının möhkəmləndirilməsində oynadığı önəmli rol Azərbaycanın Avrasiya məkanında mövqelərinin daha da möhkəmlənməsinə zəmin yaradır. Məlumdur ki,
Azərbaycan bütün dost ölkələrlə məhz ikitərəfli əlaqələrin inkişafı məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən respublikamızın Cənub-Şərqi Asiya ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında yeni mərhələnin başlanmasını bu gün əminliklə demək olar. Cari ilin may ayının 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana rəsmi səfər etməklə ölkələrarası münasibətlərdə yeni mərhələnin başlanğıcını qeyd etmiş oldu. Səfər çərçivəsində iki ölkə arasında imzalanan mühüm sənədlər əməkdaşlıq əlaqələrinin yeni, daha yüksək mərhələyə keçidi üçün möhkəm zəmin yaratmış oldu. Keçirilən məhdud və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev xüsusi olaraq diqqətə çatdırdı ki, müxtəif istiqamətlər üzrə aparılan müzakirələr ölkələrimiz arasında fikir ayrılığının olmadığını göstərdi. Əksinə, Azərbaycan ilə Vyetnam bir çox məsələlərdə demək olar ki, vahid mövqedən çıxış edirlər. Qeyd olundu ki, arada kifayət qədər uzun məsafə olmasına baxmayaraq, ölkələrimizi birləşdirə biləcək nəqliyyat infrastruktur layihələri də müzakirə olunub. Belə bir vahid nəticəyə gəlinib ki, Azərbaycan ilə Vyetnam həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərlər.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra fikirlərini davam etdirən deputat bildirib ki, iki ölkə arasında siyasi dialoqun dinamik xarakter alması ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yarandığını göstərir: “Cənab Prezident İlham Əliyev və Baş katib To Lam mətbuata bəyanatlarla etdikləri çıxışlarında birmənalı olaraq bildirdilər ki, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün həm potensial imkanlar, həm də siyasi iradə mövcuddur. Birgə səylər nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı yaradılıb. Aparılan müzakirələrdə də bütün bu sahələrlə yanaşı bir çox digər istiqamətlər də mühüm yer alıb. Xüsusilə energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, ğlkələrimiz yaxın gələcəkdə bu sahədə əməkdaşlığı daha da genişləndirəcəklər. Hazırda bu əməkdaşlıq daha çox ticarət əməkdaşlığı formasında aparılır. Məhz buna görə də aparılan müzakirələrdə qarşılıqlı sərmayə qoyuluşu məsələləri də yer alıb. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olunub və aidiyyəti qurumlara bu məsələlərlə bağlı konkret addımların atılması ilə bağlı göstəriş verilib. Cənab Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsinin vacibliyini vurğuladı və bunun digər istiqamətlər üzrə də mümkün əməkdaşlığı daha da sürətləndirəcəyini qeyd etdi” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-05-2025
08-05-2025
22:48 Fico Moskvaya gəldi