Ərdoğan yenidən prezidenliyə namizəd olacaq? - Özü AÇIQLADI
Tarix: 22-05-2025 | Saat: 15:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni konstitusiyanın hazırlanmasına çağırış edib.
aia.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, Macarıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
O, özünün yenidən prezidentliyə namizədliyi ilə bağlı yayılan ehtimallara da aydınlıq gətirib.
Ərdoğan bildirib ki, Türkiyənin artıq hərbi çevriliş dövründə hazırlanmış mövcud konstitusiya ilə gələcəyə doğru inamla irəliləməsi mümkün deyil. Onun sözlərinə görə, yeni çağın tələblərinə uyğun, sivil, demokratik və azadlıqları əsas götürən konstitusiyaya ehtiyac var.
“Artıq çevrilişçilərin yazdığı konstitusiya ilə Türkiyə gələcəyə gedə bilməz. Biz AK Partiya olaraq bunun üzərində işləyirik və bəzi dostlarımıza bu istiqamətdə tapşırıqlar da verdik,” – deyə o qeyd edib.
Ərdoğan müxalifətdəki Cümhuriyyət Xalq Partiyasına da çağırış edərək, birgə sivil konstitusiya hazırlanması üçün komissiyalar yaradılmasını təklif edib.
Konstitusiya ilə bağlı açıqlamalarının ardınca Ərdoğan prezidentliyə yenidən namizəd olub-olmaması məsələsinə də toxunub:
“Mənim təkrar seçilmə və ya yenidən namizəd olma kimi bir dərdim yoxdur. Atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik – dərdimiz budur.”
Ərdoğan ölkənin iqtisadi göstəricilərinə də diqqət çəkərək, ixracatın 270 milyard dollar həddinə çatdığını, valyuta ehtiyatlarının artdığını və adam başına düşən ümumi daxili məhsulun əhəmiyyətli dərəcədə yüksəldiyini vurğulayıb.
Qeyd edək ki, Ərdoğanın bu çıxışı ölkədə yeni konstitusiya ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrə təsadüf edir. Bəzi ekspertlər onun yeni konstitusiyanın qəbul edilməsindən sonra yenidən prezidentliyə namizəd ola biləcəyini düşünür.
Xatırladaq ki, Türkiyədə bir nəfər iki dəfədən artıq prezident seçilə bilməz. Ərdoğan artıq iki dəfə prezident seçilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025