Prezident İlham Əliyevin çıxışı Azərbaycanın nüfuzunun göstəricisi kimi tarixləşdi - DEPUTAT
Tarix: 22-05-2025 | Saat: 22:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikası dünyanın əksər dövlətləri ilə ikitərəfli əlaqələrə malikdir. Bu əlaqələr təkcə siyasi əlaqələrlə məhdudlaşmır, bu əlaqələr iqtisadi, mədəni əlaqələri də əhatə edir. Belə əlaqələr həm dövlətlərarası münasibətlər sistemində əhəmiyyətli olur, həm də xalqlar bir-birini daha yaxından tanıyır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri dünyəvi münasibətlərin yönümünü də dəyişdi, məzmununu da. Azərbaycanın müzəffər nüfuzu bu münasibətlərin ehtiramla əhatələnməsində mühüm rol oynadı...
May ayının 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də bunun təsdiqi oldu. Həmin görüşdə Azərbaycanın da təmsil olunması dünya miqyasında nüfuz amili kimi qəbul edilməlidir. Bu Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Belə bir nüfuzlu görüşdə dövlət başçımız da çıxış etdi. Bu çıxış Azərbaycanın dövlət olaraq, onun Prezidentinin şəxsiyyət olaraq nüfuzunun səviyyəsinin göstəricisi oldu. Çıxışında bu səfərin Macarıstana 6-cı səfəri olduğunu, Macarıstanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirildiyini, Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımızın gücləndiyini xatırladan cənab İlham Əliyev dedi: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”.
Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edildiyini, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatacağını, Azərbaycanda 8 beynəlxalq hava limanının fəaliyyət göstərdiyini, 9-cu hava limanının yaxın zamanlarda istifadəyə veriləcəyini, 9 beynəlxalq hava limanından 3-nün Azərbaycanın erməni işğalından azad edilmiş ərazisində olduğunu da bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirildiyindən də söz açdı: “Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi”…
COP29 son illərin ən mühüm dünyəvi tədbirləırində biridir. Bu tədbir dünyanın üzləşə biləcəyi problemləri qabaqlamaq kimi mühüm bir missiyanın həllinə yönəldilmişdi və qürurlanırıq ki, bu missiyanın yerinə yetirilməsinin koordinatorluğu məhz Azərbaycana həvalə edilmişdi. Böyük uğurlar gətirən, tarixə “Bakı sıçrayışı” kimi daxil olan bu əhəmiyyətli dünyəvi tədbir dünyanın gələcəyinə dünyaların sayğısı oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həm də dedi ki, “COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır”...
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı həm Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun göstəricisi kimi tarixləşdi.
Səbinə Xasayeva,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025