Putin Təhlükəsizlik Şurası ilə Trampla danışığını müzakirə etdi
Tarix: 14-02-2025 | Saat: 18:05
Bölmə:Dünya | çapa göndər

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının qapalı iclasında Amerika lideri Donald Trampla apardığı söhbəti və ümumilikdə ABŞ ilə inkişaf edən əlaqələri müzakirə edib.
aia.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda birlikdə işləmək vaxtıdır.
Xatırladaq ki, Putinin Trampla söhbəti 2 gün öncə baş tutub. Bu, Rusiya və ABŞ liderləri arasında son üç ildə ilk təmas hesab edilib. Onlar sonuncu dəfə rəsmi olaraq 2020-ci ilin iyulunda danışıblar.
Telefon danışığında Rusiya Federasiyası və ABŞ liderləri Ukrayna böhranının danışıqlar yolu ilə həllinin tərəfdarı olduqlarını, ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər, görüşlərin təşkili də daxil olmaqla şəxsi təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-02-2025
18-02-2025