Mobil versiya
Bakıda Azərbaycanın sədrliyi ilə APA 15-ci plenar sessiyası keçiriləcək
Tarix: 18-02-2025 | Saat: 15:35
Bölmə:Parlament | çapa göndər

Bakıda Azərbaycanın sədrliyi ilə APA 15-ci plenar sessiyası keçiriləcək

Bu gündən etibarən fevralın 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.

Sessiya çərçivəsində Tailand Parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri Paradorn Prissanananthakulun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlib.

Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılamaqdan məmnunluq duydum.

Qeyd edim ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikeri iştirak edəcək.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025