GƏNCƏLİLƏRİ NİYƏ SINDIRMAQ İSTƏYİRLƏR?! - Aqil ABBAS yazır
Tarix: 29-10-2024 | Saat: 10:39
Bölmə:Yazar3 | çapa göndər
Gəncə təkcə ölkəmizin ikinci ən böyük şəhəri deyil, eyni zamanda ən qədim şəhəridir. Şəhər mədəniyyəti ilə də başqa şəhərlərimizdən fərqlənir. Adamları comərddi, dostcanlıdı, səxavətlidi, belə demək mümkünsə, qabaqlarından yeməyən insanlardı, sözlərinin üstünə söz deməyi sevmirlər.
İndi belə bir şəhərin adamlarını «Kəpəz» klubuna olan münasibətlə niyə sındırmaq istəyirlər?
Avropada Gəncədən az əhalisi olan ölkələr var ki, 10-15 komanda saxlayır, ölkə çempionatları da Azərbaycan çempionatından maraqlıdır.
Allahın cındır ölkələrindən biri olan Cəbəllütariqdə də futbol var.
Vaxtilə ölkəmizin böyük bir futbol məktəbi, futbol mədəniyyəti olan Gəncə niyə bu günə düşüb?
Vaxtilə «Turan»ın zəif oynadığı və sahibsiz olduğu dövrlərdə belə bir köşə yazmışdım: «Olmayan Ağdam və olan Tovuz». İndi həmin ifadəni Gəncəyə də işlədə bilərik: «Olmayan Ağdam və olan Gəncə».
400 minlik əhalisi olan bir şəhərin stadionu yoxdu, «Qarabağ» komandası kimi hər yerdə qonaqdı. Cənab Prezident İlham Əliyev çox qısa bir zaman kəsiyində Xankəndidəki stadionu bərpa elədi və «Qarabağ»la «MOİK» arasındakı Kubok oyununda da topa ilk zərbəni özü vurdu. İndi azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq işləri aparan Cənab Prezident İlham Əliyev işini-gücünü atıb Gəncədəki stadionla da ilgilənməlidir? Bəs, futbol təsərrüfatına baxan təşkilatlar nə ilə məşğul olmalıdır, oyunçu alıb-satmaqla, xaricdən məşqçi gətirməkləmi?
Neçə vaxtdır eşidirik ki, Gəncədə stadion tikilir. Nə vaxt başa çatacaq, Vanqa da sağ deyil ki, gedib ondan soruşaq.
87-88-ci illərdə Ağcabədidə stadionu iməclik yolu ilə tikmişdilər. Və həmin stadionun tikintisində mən də Bakıdan gedib fəhlə kimi iştirak edirdim. İndi Gəncədə də iməcliklə bu stadionu çoxdan tikib qurtarmış olardılar, heç bir o qədər də xərc çıxmaz.
Yəqin ki, yeni stadion istifadəyə verilənə qədər «Kəpəz» yenidən birinci liqaya qayıdacaq. Bununla da Gəncədə futbol Azərbaycanın milli komandasının gününə düşəcək, yəni öləcək.
Yazının sonunda bir məsələyə də toxunmaq istəyirəm. Klubun rəhbərliyi nə qədər pul verib xaricdən Santuş adlı bir qapıçı gətirdib. O da ortalama hər oyunda üç top buraxıb. Gəncədə yoldan bir gənci tapıb gətirib qapıya qoysalar bu qədər top buraxmaz, gəncəli qeyrəti buna yol verməz.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024