Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsini aradan qaldırıldı”
Tarix: 10-12-2024 | Saat: 13:45
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“Müstəqilliyimizin ilk illərində davamlı olaraq baş verən və 1993-cü ilin yayında pik nöqtəsinə çatan hadisələr nəticəsində ölkəmizin varlığını hədəfə almış təhdidlərin həyata keçirilməsi prosesi artıq başlanmışdı. İstənilən an müstəqil Azərbaycan dövləti dünyanın siyasi xəritəsində öz yerini birdəfəlik itirə bilərdi. Ölkədə vətəndaş müharibəsini alovlandıracaq ilk atəşlər artıq açılmışdı. Məhz belə bir böhran məqamında xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü. Xalq Heydər Əliyevə sevgisini öz dahi rəhbərinin ətrafında sıx birləşməklə göstərdi. Ulu Öndəri hakimiyyətə xalqın sevgisi və iradəsi gətirmişdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin gün Azərbaycanda ölüm-dirim məsələsinin, varlığın və birliyin, sülhün və inkişafın bərqərar olması istiqamətində ilk və həlledici addım atıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Ulu Öndər Heydər Əliyev bir xalqın müstəqillik əldə etmək üçün necə böyük əziyyətlər çəkməli, qurbanlar verməli və əziyyətlərə qatlaşmalı olduğunu və bu ağır sınaqdan heç də bütün dövlətlərin uğurla çıxa bilmədiyini hamıdan daha yaxşı bilirdi. Buna görə də Ümummilli Liderimiz müstəqilliyə aparan yolun ağırlığını bir kəlmə ilə ifadə edərək belə demişdir: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Azərbaycan isə öz müstəqillik yolunda ən ağrılı-acılı faciələrlə qarşılaşmalı oldu. Lakin ən vacibi budur ki, Ulu Öndər Heydər Əliyevin sayəsində bu faciələrdən ən böyüyü - müstəqilliyimizin itirilməsi baş vermədi. Əksinə onun uzaqgörənliyi, dərin siyasi zəkası dövlətimizi fəlakətlərdən qorudu.”
Bu sözləri 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə mətbuata verdiyi açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.
Müsahibimiz daha sonra Azərbaycanda ordu quruculuğu işinin də əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqət mərkəzinə çəkib. A.Naxçıvanlı bildirib ki, məhz ordu quruculuğunda əldə olunmuş möhtəşəm nailiyyətlər 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında ən vacib amil kimi çıxış edib: “Bir ay bundan öncə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin dördüncü ildönümünü böyük təntənə ilə qeyd etdi. Əlbəttə ki, Azərbaycanı bu möhtəşəm Zəfərə gətirən yolun ən önəmli hissəsi Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2003-2020-ci illər ərzində keçdiyi mühüm hazırlıq dövrü olmuşdur. Məhz bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirmiş, müasir, yüksək döyüş qabiliyyətinə malik olan ordu yaratmış, beynəlxalq mövqelərini möhkəmlətmiş, ölkə daxilində ən yüksək səviyyədə milli birlik və həmrəylik mühiti formalaşdırılmış və yalnız bütün bu hazırlıqlar uğurla başa çatdırıldıqdan sonra düşmənin növbəti təxribatının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın əmri ilə irimiqyaslı hərbi əməliyyatlara başlayaraq, qısa müddət ərzində Vətən torpaqlarını işğaldan azad etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi, xalqın rifahına və dövlətin mənafelərinə xidmət edən proseslər yalnız və yalnız Heydər Əliyev siyasi xəttinin və Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının davamıdır. O cümlədən, tarixi Qələbəmizin əldə olunmasında müstəsna rol oynamış ən mühüm amillərdən biri əlbəttə ki, güclü ordu faktorudur. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanda ordu quruculuğu işinin əsasları da məhz Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, Ümummilli Liderimizin gərgin səyləri və müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail oldu. Bu proses Ümummilli Liderimiz tərəfindən artıq müstəqillik illərində daha böyük vüsətlə davam etdirilmişdir. Çox vacib məqamlardan biri də budur ki, Vətən müharibəsi başa çatdıqdan sonra da ölkəmizdə ordu quruculuğu işi nəinki səngimədi, əksinə Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik siyasəti syəsində bu proses daha da sürətləndi. Son dörd ildə şahidi olduğumuz hadisələr isə bu qərarın düzgünlüyünü dəfələrlə sübut etmiş oldu. ” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-12-2024