Səttar Möhbalıyev : “Cənab Prezidentin şərti aydın, mövqeyi qətidir”
Tarix: 09-01-2025 | Saat: 10:22
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-4 | çapa göndər
“Vaxt vardı ki, şərtləri Ermənistan adlı qurama və oyuncaq dövlət və ermənilər diqtə edirdi. Çünki onda havadarları çox, əlləri güclü idi. Faşist ideologiyası ilə bədbəxt millətin beyni zəhərlənmişdi. Prezidentindən tutmuş çobanına qədər “Miatsum” şüarının dumanına bürünmüş, insanlığa zidd hərəkətləri ilə əsil mahiyyətlərini ortaya qoymuşdular.
Bu gün isə şərait bambaşqadır. Bu gün şərtləri Azərbaycan, onun Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev və Azərbaycan xalqı diqtə edir. Bu gün reallıq göz qabağındadır. Müvəqqəti böhrandan öz diplomatik manevrləri ilə çoxlarını heyrətləndirən Liderinin ağıllı, düşünülmüş və qətiyyətli siyasəti nəticəsində çıxan Azərbaycan dövləti və xalqı Cənubi Qafqazda əsas söz sahibidir. Öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkəmizin başçısı real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, ermənilərin və onun havadarlarının bu illər ərzində həyata keçirdikləri faşist ideologiyasının iç üzünü açıb göstərir.
Yanvarın 7-də yerli televiziyalara müsahibəsində cənab Prezident İlham Əliyev bir sıra məsələlərə aydınlıq gətirməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin mövqeyini də qəti şəkildə ortaya qoydu. Belə ki, Suriya məsələsində qardaş Türkiyə ilə birlikdə hərəkət edildiyini, Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yenidən bərpasına bizim də qatqımız olacağını bildirən ölkə başçısı eyni zamanda demokratiyadan dəm vuran Avropanın, xüsusən Fransanın məkrli siyasətini tənqid etdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Səttar Möhbalıyev qeyd edib ki, cənab Prezident özünü demokratiyanın beşiyi hesab edən Fransanın daim Ermənistanın yanında olduğunu, onun faşist və antibəşəri ideyalarının həyata keçirilməsində əsas dəstəkçisi olduğunu vurğulayaraq Cənubi Qafqazada daimi sülhə maneə yaratdığını bildirmişdir. Lakin həmin Fransa XXI əsrdə belə müstəmləkəçi xarakterini saxlayır. Üstəlik də Cənubi Qafqazda Ermənistanı silahlandırmaqla burada sabitliyi pozmağa can atır. Ölkəmizin başçısı müsahibəısində Fransa demokratiyasının iç üzünü açaraq demişdir: “Çünki hazırkı fransız hakimiyyətinin müdaxilə etdiyi hər yerdə, birincisi, rüsvayçı şəkildə uğursuzluq baş verir, ikincisi, onlar yalnız intriqa gətirirlər. Yalnız intriqa. Afrikadan danışmağın mənası yoxdur, necə deyərlər, hər şey göz qabağındadır. Cənubi Qafqazda da vəziyyət eynidir. Azərbaycanda uzunmüddətli kontraktları olan bəzi şirkətlər istisna olmaqla, onların iştirakı praktik olaraq sıfra endirilib. Biz həmişə öz öhdəliklərimizə hörmətlə yanaşırıq, ona görə də siyasi problemləri şirkətlərin fəaliyyətinə heç vaxt aid etməmişik. Burada işləyən fransız şirkətləri günahkar deyillər ki, onların belə bir hakimiyyəti var. Gürcüstanda da sabitliyi pozmaq üçün həmin cəhdlər edildi, hər kəsə aydındır və sirr deyil ki, bu hərəkətlər o qədər qeyri-diplomatik və aşkar edilmişdi ki, bunlar belə diplomatik ənənələri olan ölkə üçün təəccüb doğurur. Ermənistan üzərində tam nəzarət də reallıqdır. Amma bu, alınmayacaq. Hər halda, yenə də mən adətən etdiyimdən bir az çox mətləbləri açdım, amma sizin sualınıza cavab vermək baxımından və münasibətlərin daha aşağı səviyyəyə düşməsi ilə bağlı düşünürəm ki, bu yeni informasiya hamı üçün faydalı olacaq.”
Səttar Möhbalıyev bildirib ki, baş verənlərin fonunda ölkə başçısının qətiyyətli mövqeyi, sarsılmaz iradəsi və obyektiv təhlilləri diqqəti çəkir: “Bir Lider kimi cənab Prezidenti düşündürən, narahat edən ilk növbədə ölkəmizin stabil inkişafı, Qarabağın və Şərqi Zəngəzurun məskunlaşdırılması, dağıdılmış infrastrukturun yenidən bərpasıdır. Bu da onun göstərir ki, ölkəmizin başçısı əhalinin rifahını, sosial proqramların yerinə yetirilməsini vacib hesab edir.”
Səttar Möhbalıyev sonda qeyd edib ki, “Ermənistanla münasibətə gəlincə ölkə başçısının mövqeyi aydın və qətidir. Bu ölkədə yaşayanlar, bu ölkənin öndə gedən rəhbərləri ya faşizmi məhv etməlidir, ya da biz məhv edəcəyik.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025