Mobil versiya
Azərbaycanla Ermənistan arasında sülh danışıqları nə yerdədir? - DEPUTAT
Tarix: 18-02-2025 | Saat: 14:56
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Ermənistan arasında sülh danışıqları nə yerdədir?

"Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlar bir nöqtədə dayanıb və hələ ki irəliləyiş yoxdur. Sülh danışıqlarında Azərbaycanın mövqeyi bəllidir və Ermənistana bu barədə bildirilib. Məsələdə çətin düsturların həll olunması tələb olunmur. Tələblərimiz beynəlxalq hüquq normaları çərçivəsindədir və suveren dövlətlər arasında münasibətlərin formalaşmasının əsaslarından biridir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında 17 bənddən 15-nin razılaşdırıldığı bildirilir:

“Ermənistanın icra etməli olduğu məsələlər var ki, bu prosedurlar da digər iki bəndi təşkil edir. Belə ki, Ermənistan ilk növbədə ölkə Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını çıxarmalı və gələcəkdə iki ölkə arasında sülhün pozulmasına xidmət edə biləcək hər hansı bir əsas saxlanılmamalıdır. Digər bir məsələ isə Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin göndərilməsidir. Minsk qrupu BMT qətnamələrin icra edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması üçün yaradılmışdı. Bu gün isə Azərbaycan BMT qətnamələrini icra etdirib və münaqişə də həll olunub. Artıq bütün məsələlər kənar vasitəçilər olmadan ikitərəfli formatda həll olunur. Bu baxımdan baş nazirlərin birinci müavinlərinin sədrlik etdiyi delimitasiya və demarkasiya komissiyaları da vaxtaşırı görüşlər keçirir və müəyyən məsələlər razılaşdırılır. Belə ki, 14 fevralda da komissiyanın videoformatda növbəti iclası keçirildi. İclasda növbəti görüşün keçirilməsi üçün yer və vaxt haqqında razılığa gəldiyi bildirilir. Həm də komissiya şimaldan cənuba qədər bütün sərhədin delimitasiyası ilə bağlı razılığa gəlib. Bu onu deməyə imkan verir ki, sülh danışıqlarda bir irəliləyiş olmasa da sərhədlərin müəyyənləşməsi prosesi davam etdilir. Bunu da müsbət bir yanaşmanın qorunub saxlanılması kimi başa düşmək olar. Digər tərəfdən isə Ermənistanın silahlanması da narahatlıq yaradır. Çünki sülhdən danışan bir ölkənin sürətlə silahlanması onun sülh niyyətinin olmadığının göstəricisidir. Bu məsələdə də Azərbaycanın mövqeyi açıqdır. Çünki biz silahlanmanın dayandırılmasını, aldığı öldürücü silahların geri qaytarılmasını tələb edirik. Əgər biz sülhdən danışırıqsa hərəkətlərimiz də sülhə xidmət etməlidir. Amma təəssüf ki, Ermənistanın hərəkətləri heç də sülhə aparmır”.

A.Badamovun sözlərinə görə, Zəngəzur dəhlizin açılması Ermənistanın öhdəliyidir:
“Ermənistan dəhliz anlayışından qorxur və ona görə də son vaxtlar verilən açıqlamalarda Ermənistana maneəsiz keçidin verilməsinə razı olduğunu eşidilir. Amma hesab edirəm ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına hələ də hazır deyil. Çünki Azərbaycan Zəngəzur dəhlizinə qədər olan bütün kommunikasiyaları tikib başa çatdırmaq üzrədir. Ermənistanın da belə bir niyyəti olsaydı bu vaxta qədər heç olmasa layihələndirmə işlərinin aparıldığını müşahidə edərdik. Təəssüf ki, bu, baş vermir. Amma Zəngəzur dəhlizinin açılması mütləq baş verəcək. Çünki dəhliz açılmadan Ermənistanın nə Türkiyəyə , nə də Azərbaycana heç bir kommunikasiyası açılmayacaq və dalan ölkə olaraq qalacaq. Bu baxımdan Ermənistan gec-tez Zəngəzur dəhlizinin açılmasına məcbur qalacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025