Əli Əhmədov fevralın Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüb -Fotolar
Tarix: 18-02-2025 | Saat: 18:19
Bölmə:Parlament | çapa göndər

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov fevralın 18-də Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əli Əhmədov qonaqları səmimi salamlayaraq, onların APA-nın Milli Məclisin evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyasında geniş tərkibdə iştirakına görə təşəkkür edib, Azərbaycanın APA-ya sədrliyinin uğurlu olmasından danışıb. O, dünyanın bugünkü mürəkkəb şəraitində APA-da müzakirəyə çıxarılan məsələlərin sülhə və sabitliyə öz töhfəsini verəcəyinə inamını bildirib.
Birinci vitse-spiker Azərbaycan və Türkiyə arasında Ulu Öndər Heydər Əliyevin "Bir millət iki dövlət!" şüarına uyğun olaraq inkişaf edən əlaqələrindən məmnunluqla söz açıb. Qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri bir çox ölkələr üçün nümunədir. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bunu dəfələrlə nümayiş etdiriblər.
TBMM-in nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, APA-nın Bakıda keçirilən 15-ci plenar sessiyasının gündəliyinin aktuallığını qeyd edib. O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin, parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, TBMM-in millət vəkili Osman Cengiz Çandar çıxış ediblər. Onlar vurğulayıblar ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər və münasibətlərimiz günbəgün daha da möhkəmlənir.
Söhbətdə parlamentlərimizin də iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlıq etdikləri bildirilib.
Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, deputatlar Heydər Əsədov, Əziz Ələkbərov, Məlahət İbrahimqızı, Rizvan Nəbiyev, TBMM-in millət vəkilləri Ömer Özmen, Vecdi Gündoğdu və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər