Mobil versiya
TOİVO KLAARIN HÜQUQ "KƏŞFİ" NƏDƏN XƏBƏR VERİR?
Tarix: 06-08-2024 | Saat: 15:45
Bölmə:Manşet / Siyasət / Özəl / Yazar2 | çapa göndər

TOİVO KLAARIN HÜQUQ "KƏŞFİ" NƏDƏN XƏBƏR VERİR?

Qoca qitənin yeni siyasətbazları özlərinə sərf edən işlərdə çox fəaldırlar. İnsan hüquqları haqqında Bəyannaməni istədikləri kimi yozan, istədikıləri qaydada şərh edən bu insanlar bəlkə də elə düşünürlər ki, sözdür də dedim, keçib getdi. Lakin bu siyasətçilər hələ də anlamırlar ki, onların dediyi hər söz bir millətin taleyində dərin izlər buraxa, fəsadları illərlə aradan qaldırılmaya bilər. Belə siyasətçilərdən biri də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaardır. Bu cənab 2024-cü il avqustun 4-də mətbuata verdiyi açıqlamasında Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirmişdir.
T.Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq (!-red) Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil etmiş və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar etmişdir. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulamışdır.

Maraqlıdır, Klaar bunu hansı artqumentlə əsaslandırır? əlbəttə ki heç bir əsası yoxdur. Sadəcə gözünü yumub, ağzını açıb və erməni lobbisinin əlində oyuncaq olduğunu ortaya qoyub. Görünür erməni lobbisinin Klaara ötürdükləri o qədər böyükdür ki, bu siyasətçi öz vəzifəsini belə unudub. Belə olmasaydı Aİ nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad eləməzdi. Belə olmasaydı Toivo Klaar həqiqəti danışar, illərlə Ermənistandan qovulan və haqqı tapdanan Azərbaycan türklərinin də qayıtmaq, özü də ləyaqətli qayıtmaq hüququnun olduğunu dilə gətirərdi. Əksinə Klaar və onun kimi işbaz siyasətçilər özlərini elə aparırlar ki, sanki tarixdə belə bir şey olmayıb. Amma haylara gəlincə, onlara müstəsna “hüquq” belə qondarmaqdan xəcalət çəkmirlər. Təbiidir ki, pis, ya yaxşı. Klaar Avropa İttifaqının rəsmi nümayəndəsidir. Onun hər kəlməsi Aİ-nin rəsmi sözüdür. Bu da göstərir ki, Klaarın rəsmi nümayəndəsi olduğu Aİ-nin azərbaycanlılara qarşı münasibətində dini və etnik ayrı-seçkilik mövcuddur, özü də çox pis şəkildə.
Aİ rəsmisinin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Deməli Avropaya belə münaqişələrin illərlə davam etməsi daha çox sərf edir. İkincisi isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini hələ də həzm edə bilməyən Avropa utanmasa deyər ki erməniləri siz qovmuşunuz. Halbuki dünyanın gözü qarşısında ermənilər şələ-şülələrini yığıb könüllü şəkildə çıxıb getdilər. İndi də qayıtmaq istəyirlərsə buyursunlar, Azərbaycan dövlətinin şərtləri əsasında qayıtsınlar.
Amma belə bir situasiyada Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir. Çünki Fransa və kimi dövlətlərə bulanıq suda balıq tutmaq daha çox sərf edir.
Buna görə də Qərbi Azərbaycan İcması haqlı olaraq öz Bəyanatında Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayır. İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir.
Toivo Klaar kimi işbaz siyasətçinin “kəşfi”nə gəlincə də onu qeyd etməliyik ki, özünə iş tapsın və siyasətdən getsin. Çünki dünyada belə hüquq yoxdur və ermənilər üçün yeni hüquq icad eləməyinə də dəyməz.

Qasım Süleymanlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024