İsveçdə Ukraynadakı vəziyyətlə bağlı parlamentin təcili iclası çağırılıb
Tarix: 18-02-2025 | Saat: 21:41
Bölmə:Özəl | çapa göndər

İsveç hakimiyyəti parlamentin təcili iclasını çağırıb, orada Ukraynadakı vəziyyətin mövzusu qaldırılacaq. Bu barədə Aftonbladet məlumat yayıb.İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaardın sözlərinə görə, görüş zamanı Ukrayna və ABŞ ilə danışıqlara dair məsələlər, eləcə də Kiyevə hərbi yardım göstərməkdə Stokholmun prioritetləri mövzusu müzakirə olunacaq.
“Ukraynaya dəstək İsveç hökumətinin əsas xarici siyasət məqsədi olaraq qalır. Biz Ukraynanı gücləndirməklə Avropanın təhlükəsizliyini də gücləndiririk”, - Stenerqaard bildirib.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya ilə ABŞ arasında danışıqlar baş tutub. Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya xarici işlər naziri Sergey Lavrov, həmçinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daxildir. ABŞ tərəfdən danışıqlarda prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi elçi Steven Witkoff iştirak edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər