Rafael Hüseynov Paradorn Prissananantakul ilə görüşüb -Fotolar
Tarix: 18-02-2025 | Saat: 17:56
Bölmə:Parlament | çapa göndər

Fevralın 18-də Milli Məclisin sədr müavini Rafael Hüseynov Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı salamlayan Rafael Hüseynov Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olan APA-nın parlament diplomatiyasının gələcək inkişaf perspektivləri üçün önəmli olduğunu bildirib.
O, Tailand Krallığı ilə 30 ildən artıq davam edən diplomatik, o cümlədən iqtisadi, mədəni, siyasi sahələrdə də münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Rafael Hüseynov iki ölkə arasında Qoşulmama Hərəkatı, Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarda mövcud olan əməkdaşlıqdan da söz açıb.
Qonaq Tailand Parlamentinin Nümayəndələr Palatası adından göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ötən il Tailandın Parlament sədrinin 14-cü sessiyada iştirakı çərçivəsində Milli Məclisin sədri ilə görüşünün parlamentlərarası münasibətlərimizin inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib. Paradorn Prissananantakul artıq Bonqkok şəhərində Azərbaycan Respublikasının səfirliyin açıldığını və yaxın gələcəkdə Bakıda Tailand Krallığı səfirliyinin açılmasının planlaşdırıldığını bildirib.
Söhbətdə Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Göydəniz Qəhrəmanov, qrupun üzvü Əlibala Məhərrəmzadə, tailandlı səfir Apirat Suqondhabhirom dövlətlərimiz arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.
Görüşdə Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər