Mobil versiya
Arda Güler "Real"dan ayrılmaq istəyir
Tarix: 18-02-2025 | Saat: 17:23
Bölmə:İdman | çapa göndər

Arda Güler "Real"dan ayrılmaq istəyir

"Real"ın türkiyəli futbolçusu Arda Gülerlə bağlı yeni iddia ortaya çıxıb.

aia.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda məlumat yayıb.

"Real"ın baş məşqçisi Karlo Ançelottinin 19 yaşlı yarımmüdafiəçiyə kifayət qədər oyun şansı verməməsi, futbolçunun çox vaxt ehtiyat oyunçular arasında qalması mətbuatda müzakirələrə səbəb olub.

Bildirilir ki, A.Güler bu səbəbdən komandadan ayrılmaq qərarına gəlib. Türkiyə millisinin üzvü Ançelottinin baş məşqçiliyi altında olmaq istəmir. İtaliyalı mütəxəssis "kral klubu"nda qalarsa, Arda "Real"dan ayrılacaq.

Qeyd edək ki, A.Güler 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, bu müddət ərzində 40 matçda 9 qol vurub və 5 qolun ötürməsini verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025