Lavrov Rusiya ilə ABŞ arasındakı söhbəti çox faydalı adlandırıb
Tarix: 18-02-2025 | Saat: 18:12
Bölmə:Özəl | çapa göndər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda ABŞ nümayəndələri ilə söhbətin çox faydalı olduğunu bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
Rusiyalı nazirin sözlərinə görə, tərəflər sadəcə qulaq asmayıb, bir-birini dinləyiblər. O qeyd edib ki, Amerika tərəfinin Rusiyanın mövqeyini daha yaxşı eşitməyə başladığını düşünməyə əsas var.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilən Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, habelə Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki dövlət başçısı arasında görüşlərin təşkilinə həsr olunub.
Danışıqlar masasında Rusiya Federasiyası tərəfindən xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, ABŞ-dan isə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals, dövlət katibi Marko Rubio və Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff olub. İqtisadi məsələlərin müzakirəsi zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev görüşdə iştirak edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər