Mobil versiya
Səfir: Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyə çalışır
Tarix: 18-02-2025 | Saat: 13:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səfir:

Türkiyə və Azərbaycan iki ölkənin beynəlxalq arenada nüfuzunu müdafiə, enerji və digitallaşma sahələrində birgə əməkdaşlıqla daha da artıracaq.

aia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər Universitetində “Texnogologiya Geosiyasəti” mövzusunda keçirilən akademik seminarda deyib.

O qeyd edib ki, Türkiyənin müdafiə sənayesində yerli istehsalı genişləndirməsi ölkə üçün yeni imkanlar yaradıb:

“Bunlar digər ölkələrlə əməkdaşlığa böyük təsir göstərir. Bu kontekstdə Türkiyə-Azərbaycan əməkdaşlığı strateji səviyyəyə çatdırılıb. Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyə çalışır.

Digər əməkdaşlıq yolu isə digital transformasiya və süni intellekt sahəsidir. Türkiyə və Azərbaycan iki ölkənin beynəlxalq arenada nüfuzunu müdafiə, enerji və digitallaşma sahələrində birgə əməkdaşlıqla daha da artıracaq”.

Diplomat qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı üç əsas sahə üzrə formalaşıb:

"Bunlardan birincisi müdafiə sənayesi və hərbi sahədəki birgə layihələrdir. Birgə istehsal və texnologiya transferi yolu ilə müdafiə sənayesibdə daha güclü bir mühit formalaşdırmağa çalışır.

İkinci sahə enerji təhlükəsizliyidir. Türkiyənin TANAP və Bakı-Tbilisi-Ceyhan kimi layihələrdə üzərinə götürdüyü rol Azərbaycanın enerji ixracında əhəmiyyətli rol oynayır.

Üçüncü sahə isə digital transformasiya və yeni nəsil texnologiyalarla əlaqədar birgə təşəbbüslərdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025