Mobil versiya
Müflis olduqları deyilən müğənnilərdən açıqlama
Tarix: 23-01-2017 | Saat: 16:19
Bölmə:Dünya / Karusel | çapa göndər

Müflis olduqları deyilən müğənnilərdən açıqlama

“Bu məlumatı yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsil-nəcabəti müflis olsun”.

Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında müğənni, Əməkdar artist Ədalət Şükürov devalvasiyadan sonra müflis olan müğənnilərlə bağlı yayılan xəbərlərə münasibətində deyib.

Müğənni turizm şirkətinin 8 il bundan əvvəl bağlandığını bildirib:

“Mənim turizm şirkətim olub. Amma o şirkət düz 8 il bundan əvvəl bağlanıb. Bunun devalvasiya ilə nə əlaqəsi? Bunlar da yoxlamamış yazıblar ki, Ədalət Şükürov müflis olub. Onu yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsil-nəcabəti müflis olsun”.

Müğənni Nadir Qafarzadənin köməkçisi Bəşir Xıdırov devalvasiyadan sonra onun bağ evini satdığını təsdiq edib:

“Nadirin bağ evi vardı. Oğlu xaricdə təhsil alır. Onun təhsil haqqı çox yüksəkdir. Bu səbəbdən bağ evini satdı. Oğlu sonuncu kursda oxuyur”.

Meyxana ifaçısı Namiq Qaraçuxurlunun köməkçisi Rafael Abdullayev sənətçinin ayaqqabı mağazasının fəaliyyət göstərdiyini vurğulayıb:

“Namiq Qaraçuxurlunun ayaqqabı mağazası var. Hazırda həmin mağaza fəaliyyət göstərir, yəni, bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Sadəcə, həmin mağazaya mal gətirilmir, hələ ki bunu dayandırıblar”.

Qeyd edək ki, yerli mətbuatda devalvasiyadan sonra Əməkdar artist Ədalət Şükürov, meyxana ifaçısı Namiq Qaraçuxurlu, müğənni Nadir Qafarzadə, Rəqsanə, Zamiq Hüseynov kimi məşhurların müflis olması ilə bağlı xəbər yayılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024