Polis “Çobanlar qrupu”na qarşı HƏRƏKƏTƏ KEÇDİ - ŞOK ƏMƏLİYYAT
Tarix: 14-11-2026 | Saat: 14:47
Bölmə:Dünya | çapa göndər

Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlərin yuyulmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
aia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Çobanlar qrupu” kimi tanınan mütəşəkkil dəstəyə qarşı həyata keçirilən əməliyyat Ankara Baş Prokurorluğunun koordinasiyası ilə Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən reallaşdırılıb.
Əməliyyat zamanı şübhəlilərə məxsus 6 yaşayış ünvanında və 6 iş yerində eyni vaxtda axtarış aparılıb. Əməliyyat çərçivəsində barələrində araşdırma aparılan 7 şübhəlidən 4-ü saxlanılıb. Digər 3 nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluğun açıqlamasına görə, araşdırma zamanı Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının hazırladığı hesabat, eləcə də maliyyə əməliyyatları təhlil edilib. Məlum olub ki, “Çobanlar qrupu”na daxil olduğu bildirilən şəxslər narkotik vasitələrin qanunsuz satışından əldə etdikləri gəlirləri müxtəlif maliyyə əməliyyatları, şirkət fəaliyyəti və əmlak alqı-satqısı vasitəsilə leqallaşdırmağa çalışıblar.
Şübhəlilərin bank hesabları və əmlakları üzərində aparılan araşdırmalar nəticəsində diqqətçəkən sərvət üzə çıxarılıb. İstintaq çərçivəsində 18 avtomobil, 12 daşınmaz əmlak obyekti, 1 hotel, 4 əyləncə mərkəzi və 1 ofis müəyyən edilib. Məhkəmə qərarı əsasında sözügedən əmlaklara həbs qoyulub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2026