Mobil versiya
"Eşkıya Dünyaya Hükümdar Olmaz" niyə yayımlanmır? -Açıqlama
Tarix: 11-01-2017 | Saat: 15:17
Bölmə:Dünya / Karusel | çapa göndər



Deniz Çakır və Oktay Kaynarca baş rolda çəkildikləri "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının yayımlanmama səbəbini açıqlayıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın iki həftədir efirdə olmaması izləyiciləri əsəbiləşdirib və qəhrəmanların sosial şəbəkə profillərində öz etirazlarını bildiriblər.

Deniz Çakır bu vəziyyətin onlardan asılı olmadığını qeyd edib:

"...Bu, kanal və prodüserlər arasındakı bir qərardır. Hər il müddət bir qədər dəyişsə də, hər serial üçün olan bir şeydir. Biz aktyorlar, aktrisalar söz sahibi deyilik. Amma siz bizə etiraz edirsiniz. Etməyin, çünki sizə qiymət veririk. İttiham etmək pis bir şeydir, şikayətlənmək isə yorucudur. Nə edək, iki həftə ayrı düşdük. Tək dərdimiz bu olsun. Tez zamanda yeni seriyada görüşərik".

Oktay Kaynarca da bu tipdə açıqlama verib:

"...Hər il mövsümün ortasında, yəni yanvarda bütün şirkətlərin büdcələri yenidən təyin edilir, araşdırılır. Buna görə seriallara 2, ya da 3 həftə fasilə verilir. Bütün hazırlıqlarımız və yeni seriyaların çəkilişləri davam etdirilir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024